Məhkəmə qərarları › İş №3(050)-361/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-361/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-361/2023 03.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakimi Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs Bahəddin oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 2(050)-341/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 10 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbəğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs Bahəddin oğluna ödənilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə qətnaməsinə əsasən ödənilməmiş 630 manat məbləğində aliment borcu olduğundan və o, üzrlü səbəb göstərmədən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməkdən boyun qaçırdığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Protokolu tərtib etmiş X5 məhkəmə iclasında izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə qətnaməsinə əsasən ödənilməmiş 630 manat məbləğində aliment borcu olmuş, protokol tərtib edildikdən sonra borcundan 300 manat ödəmişdir. O, heç bir üzürlü səbəb göstərmədən öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirməkdən boyun qaçırmışdır. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aliment öhdəliyi üzrə yaranmış borcunun müəyyən hissəsini ödəmiş, müəyyən hissəsini isə ödəməmişdir. Protokol tərtib edildikdən sonra borcundan 300 manat ödəmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, sonuncunun ondan şikayəti yoxdur. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhəkəmə iclasında Zərərçəkmiş şəxs Bahəddin oğlu izahatında göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs icra sənədi üzrə aliment borcundan müəyyən hissəsini ödəmiş, qalan aliment borcu ilə bağlı Şəxs ilə razılığa gəlmilşlər, yaranmış aliment borcu ilə bağlı inzibati iş üzrə icraata xitam verilməsini etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin 2(050)-341/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 10 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbəğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs Bahəddin oğluna ödənilməlidir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Əsədova X1 Rayon Məhkəməsinin 2(050)-341/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar aliment öhdəliyi üzrə yaranmış borcunu tələbkar Zərərçəkmiş şəxs Bahəddin oğluna ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmiş, protokolda borclu icra sənədinin icra etməməsinə səbəb kimi maddi imkanının olmamasını göstərmişdir. 23846 saylı qəbzin surətindən görünür ki, Şəxs aliment borcundan 300 manat ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Beləliklə, hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmədə öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar