Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-364/2023 16.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X6 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, X2 barəsində qəbul edilmiş Masallı Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 06 mart 2023-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində tərtib edilmiş Masallı Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 06 mart 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 şikayətində bildirmişdir ki, o, təcili Təxirəsalınmaz Tibbi yardım məntəqəsində həkim işləyir. O, xx.xx.2023-cü il tarixdə 08:19 radələrində işə gedərkən Seybətin dairəsində onu ** YP *** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti maşınıın əməkdaşı onu saxlamışdır. Ona bildiridilmişdir ki, yol hərəkət qaydasının 327.2-ci maddəsini pozduğunu bildirmiş və protokol tərtib etmişdir. xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-dən videogörüntünü tələb etmişdir. Üç gün gediş-gəlişdən sonra xx.xx.2023-cü il tarixdə videogörüntüyə polis əməkdaşları ilə birlikdə baxış keçirilmişdir. Görüntlərdə qeyd etdiyi yol hərəkət qaydasını pozmadığı məlum olmuşdur. O, həmin gün seybətin dairəsinə girmiş və heç bir yol hərəkəti qaydasını pozmadan Astara istiqamətinə yolunu davam etdirmişdir. Seybətin dairəsindən sonra onun qarşısında qadağanedici, yol ver, svetoforun kimi yol hərəkət nişanları olmamışdır. O, yol hərəkət qaydasını pozmadığı halda YPX əməkdaşı ona 327.2ci maddəsi ilə cərimə yazmışdır. Odur ki, qeyd edilən qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 01 mart 2023-cü il tarixdə saat 08:19 radələrində Masallı şəhəri Bakı prospekti ərazisində avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş 01 mart 2023-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 06 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki haları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətmiş olması polis söbəsi tərəfindən təqdim edilmiş videogörüntü ilə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Bu səbəbdən göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş 06 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-364/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-364/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver