Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-38/2024 10.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu Səmidxam kəndində doğulmuş, Masallı rayonu Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-1525/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 28 iyun 2011-ci il təvəlldülü X3 və 05 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1525/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 28 iyun 2011-ci il təvəlldülü X3 və 05 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclu icra vərəqəsinin icraata daxil olduğu zamandan bu günə kimi ödəniş etməmişdir. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədi üzrə ondan iki uşağın saxlanılması üçün hər ay cəmi 200 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin ağciyər xəstəliklərdən əziyyət çəkir, heç bir yerdə işləmir, heç bir yerdən gəliri yoxdur, yaxın qohumlarının köməkliyi ilə alimenti ödəyir. Belə ki, təxminən 10 gün öncə 400 manat ödəmişdir. Hazırda da 700 manat ödəmək iqtidarındadır. Axşama kimidə 200 manat ödəyəcəkdir. Qalan 900 manat borcunu isə ay sonuna kimi tam şəkildə ödəyəcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, məhkəmənin müvafiq icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün hər ay cəmi 200 manat məbləğində aliment tutularaq ona ödənilməlidir. Uşaqlardan biri ağır epilipsiya xəstəsidir, hazırdada vəziyyəti ağırdır, süni nəfəs aparatına qoşulmuşdur. Bu səbəbdən də uşağı xəstəxanaya aparıb müalicə etdirməlidir. Borclunun təklif etdiyi və hazırda məhkəmə iclas zalında ödəmək istədiyi 700 manatla razı deyildir, borcludan borcunu tam şəkildə ödəməsini tələb edir. Eləcədə borclunun axşama kimi 200 manat ödəyəcəyinə və ay sonunadək borcunu tam şəkildə ödəyəcəyinə inanmır. Çünki borclu hər dəfə icra məmurunun yanında olduğu zaman, həmçinin bundan öncə barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu zaman məhkəmədə olarkən həbs olunmaqdan canını qutarmaq üçün bu tipli vədlər vermiş, lakin vermiş olduğu vədlərini bu günə kimi yerinə yetirməmişdir. Odur ki, borclu borcunu tam şəkildə ödəmədiyi təqdirdə barəsində qanuna müvafiq olaraq onun inzibati qaydada həbs qərarının qəbul olunmasını xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-38/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-38/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver