Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-384/2023 07.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Masallı rayonu, Mahmudavar kəndində doğulmuş, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1692/2014 saylı, 14 mart 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 yetkinlik yaşına çatanadək xx.xx.2013-cü il tarixdən başlayaraq həy ay 100 (yüz) manat sabit pul məbləğində aliment Qədirova (Hacıyeva) Rəşidə Qurban qızının xeyrinə tutulması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-388/2022 saylı, 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-581/2013 saylı, xx.xx.2013-cü tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək Şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğin aliment X2 xeyrinə tutulması qət edilmişdir. Şəxs heç bir üzrlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1692/2014 saylı, 14 mart 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 yetkinlik yaşına çatanadək xx.xx.2013-cü il tarixdən başlayaraq həy ay 100 (yüz) manat sabit pul məbləğində aliment Qədirova (Hacıyeva) Rəşidə Qurban qızının xeyrinə tutulması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-388/2022 saylı, 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-581/2013 saylı, xx.xx.2013-cü tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək Şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin borclu Şəxs icra məmurunun çağırışlarına gəlməkdən yayındığı üçün barəsində axtarış elan edilmişdir. Barəsində axtarış haqqında qərar polis əməkdaşları tərəfindən icra olunaraq borclunun icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Borclu icra vərəqəsinin icraata daxil olduğu zamandan bu günə kimi 1600 manat ödəniş etmişdir. Hazırda isə borclunun aliment öhdəliyi üzrə 11823 manat ödənilməmiş borcu vardır. Həmçinin borcu əvvəllərdə icra şöbəsində olmuş və borcun ödənilməsi istiqamətində tədbirlər görəcəyini bildirsə də, heç bir addım atmamışdır. Eləcədə borclu əvvəllərdə bir neçə dəfə inzibati qaydada həbs olunmuşdur. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədi üzrə bir nəfər uşağın saxlanılması üçün ondan əvvəlcə 100 manat məbləğində alimentin tutulması müəyyən edilmiş, daha sonra isə məhkəmə tərəfindən həmin alimentin miqdarı artırılaraq 193 manat olmuşdur. Xəstə olduğu üçün işləyə bilməmişdir. Həmçinin böyrəyindən əməliyyat olunduğu üçün ağır işlər görə bilmir. Bu səbəbdən də işləyib borcunu ödəyə bilməmişdir. Hazırda yaranmış borcundan 500 manat ödəməyə iqtidarındadır və dərhal icra şöbəsində ödəyəcəkdir. Həmçinin mart ayının birindən işə başlayıb və işləyərək qısa müddət ərzində borcunu ödəyəcəkdir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-384/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-384/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver