Məhkəmə qərarları › İş №3(050)-386/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-386/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-386/2023 28.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Masallı Rayon Musaküçə Bələdı̇ yyəsı̇ nin sədri Nümayəndə2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Masallı rayonu, Musaküçə kəndində qeydiyyat ünvanı olan (VÖEN **********) Masallı Rayon Musaküçə Bələdı̇ yyəsı̇ nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında 05 mart 2023cü il tarixli MN ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı Rayon Musaküçə Bələdı̇ yyəsı̇ tərəfindən Masallı rayonu Musaküçə kəndində Viləş çay yatağında tullantıların boşaldılması aşkar edilmişdir. Bununla da Masallı Rayon Musaküçə Bələdı̇ yyəsı̇ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı Rayon Musaküçə Bələdı̇ yyəsı̇ nin sədri Nümayəndə2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, tullantılar Viləş çay yatağına mühafizə hissəsinə tökülməmişdir. Qeyd edilən tullantılar Musaküçə bələdiyyəsinin nəzdində olan örüş sahəsində olmuşdur. O, da bələdiyyə sədri olaraq oranı təmizləmək üçün traktor çağırmış və getmişdir. Lakin traktor sürücüsü tullantıları oradan götürmək əvəzinə torpaq altına salmışdır. Həmçinin, belə olduğu halda qeyd edilən inzibati xəta haqqında maddənin tələbini pozmamışdır. Odur ki, inzibati xəta hadisəsi olmadığı üçün başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Musaküçə kənd sakini tərəfindən idarəyə daxil olmuş şikayətə əsasən akt tərtib edilmişdir. Şikayətlə məlum olmuşdur ki, Masallı Rayon Musaküçə Bələdı̇ yyəsı̇ nin sədri Nümayəndə2 tərəfindən Viləş çay yatağına mühafizə hissəsinə tulantılar töküldüyü məlum olmuşdur. Buna dair protokol tərtib edilmişdir. Odur ki, protokolun təmin edilməsi və bələdiyyənin məsuliyyətə cəlb edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 mart 2023-cü il tarixli, 78204 nömrəli aktından görünür ki, idarənin qaynar xəttinə daxil olmuş xx.xx.2023cü il tarixli müraciət yerində araşdırılmışdır. Aparılan araşdırma zamanı iştirakını təmin etmək məqsədi ilə şikayətçi Masallı rayon Musaküçə kənd sakini Mehman Məmmədov ilə telefon vasitəsi ilə əlaqə saxlanılmışdır. O, xəstə olduğunu bildirərək araşdırmada iştirak edə bilməyəcəyini və həmin ərazidən çəkilmiş foto şəkilləri vhatchap vasitəsi ilə idarəyə göndərmişdir. İdarə tərəfindən məlumatdan bildirilmişdir ki, Viləş çay yatağına Musaküçə bələdiyyəsinin sədri Nümayəndə2 ilə birlikdə baxış keçirilmişdir. Baxış zamanı Masallı rayonu Musaküçə kəndində Viləş çay yatağında atılmış tullantıların təmizlənməsi zamanı “Belarus” markalı ekskvatorla ərazidə basdırılması müəyyən edilmişdir, ərazidə olan qarışıq suxurun qazılaraq aparılması müəyyən olunmuşdur. Masallı Rayon Musaküçə Bələdı̇ yyəsı̇ nin sədri Nümayəndə2 şifahi olaraq ayrı-ayrı vətəndaşlar tərəfindən tullantılar atılmasını, həmin tullantıları təmizləyərkən bilmədən boşaldırıldığını və bir daha belə hallara yol verilməyəcəyini bildirmişdir. İş materillarında olan 05 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayonu Musaküçə kəndində Viləş çay yatağında tullantıların boşaldılması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Аzərbаycаn Rеspublikаsı İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, inzibati icraat başlanılmış maddənin dispozisiyasında qeyd edilən halın baş verməsi ilə nəticələnən inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş foto şəkilllərdən və aktdan görünür ki, Masallı Rayon Musaküçə Bələdı̇ yyəsı̇ nin sədri Nümayəndə2 şifahi şəkildə alınmış məlumata və şikayətçi tərəfindən atılmış foto şəkillərlə Nümayəndə2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Аzərbаycаn Rеspublikаsı İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.1, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Masallı Rayon Musaküçə Bələdı̇ yyəsı̇ barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar