Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-390/2025 25.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 15 radələrində Masallı Rayon Məhkəməsinin inzibati binasının giriş qapısının sağ tərəfində quraşdırılmış 24 Watt-lıq Led (lumen) işıqlandırma qurğusunu sındıraraq ümumilikdə 100 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, keçmiş əri X3 ilə aralarında aliə münasibətləri zəminində mübahisələri olduğundan onlar 2019-cu ildə rəsmi qaydada boşanmışlar. Masallı Rayon Məhkəməsinin icratında olan və xx.xx.2025-ci il tarixə saat 14:30-a təyin olunmuş uşağın X1 himayəsində qalması tələbinə dair mülki işə baxılmış, işə baxılan zaman hakim bildirmişdir ki, uşağın kimdə qalmasını müəyyən etmək üçün uşaq dindirilməlidir. Bundan sonra məhkəmə iclası təxirə salınmışdır. Hakimin bu sözdən sonra özündən aslı olmayaraq əsəbləşmiş və məhkəmə zalından qışqıra-qışqıra çıxıb məhkəmənin giriş hissəsində yerə oturmuş, bundan sonra binadan çıxıb əsəbdən binanın giriş qapısının yanında quraşdırılmış məhkəmənin fasadını işıqlandıran işıq lampasını sındırmaq üçün əli ilə işıq lampasını yerindən qopartmış və yerə çırpıb yararsız hala salmışdır. Həmin vaxt məhkəmənin mühafizəsini həyata keçirən polis əməkdaşları və digər şəxslər ona yaxınlaşıb qanunsuz hərəkətlərinə son qoymasını bildirmişlər. Bundan sonra o, çıxıb evinə getmişdir. Hazırda etdiyi əməldən çox peşimandır. İlk dəfə inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən ona köməlik edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanılmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkibi yarandığından barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Masallı RPŞ-nın İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında 10 fevral 2025-ci il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən səmimi peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Məhkəmə tərəfindən onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən hlların olmasını və iş üzrə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli həcmində cərimə tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vurmuş olduğu zərərin bir misli məbləğində, yəni 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-390/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-390/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver