Məhkəmə qərarları › İş №3(050)-391/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-391/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-391/2023 09.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxx 1975-ci ildə Masallı rayonu Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu Türkoba kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 07 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində Masallı rayonu Türkoba kəndi ərazisində yerləşən “Azəri” şadlıq sarayının sahibi X2 nalayiq söyüşlərlə söyüb təhqir edərək ictimai qaydanı pozmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonu Türkoba kəndində yaşayır. X2 tanıyır. Şəfahətin onun yaşadığı evin yaxınlığında şadlıq sarayı vardır. Həmin şadlıq sarayında məclislər olduğu zaman dəfələrlə ora gələn şəxslər tərəfindən nalayiq söyüşlər söyülmüş və səs-küy yaranmışdır. Bu da onun evində yaşamasına narahatçılıqlar yaratmışdır. O, Şəfahətə bu barədə dəfələrlə irad bildirmişdir. Sonuncu dəfə 07 yanvar 2023-cü il tarixdə saat 23 radələrində həmin şadlıq sarayında səs-küy olduğundan qardaşı Zaur Talıbov ilə ora getmişlər və orada iradlarını bildirmişlər. Həmin vaxt orada şöyüş söyməmişlər və heç bir ictimai qaydanı pozmamışlar. Söyüş söyənlər başqa şəxslər olmuşdur. Özünü təqsirli bilmir. Barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Masallı rayonu Türkoba kəndində yaşayır. Həmin kənddə yerləşən “Azəri” şadlıq sarayının sahibidir. Şəxs və onun qardaşı X6 onun şadlıq sarayının qonşuluğunda yaşayırlar. O, şadlıq sarayının qaz sayğacının yerini dəyişmək istəyən zaman Eldəniz və Zaur qardaşları ona menelər törədərək sayğacın yerini dəyişməyə imkan verməmişlər. Bundan başqa dəfələrlə onun barəsində əsassız şikayətlər edərək ona işləməyə imkan vermirlər. 07 yanvar 2023-cü il tarixdə saat 23 radələrində şadlıq sarayında toy məclisi olan Zaur və Eldəniz onun ünvanına nalayiq söyüşlər söyə-söyə saraya daxil olmuşlar. Orada səs-küy salaraq onu təhqir etmişlər və Zaur Talıbov sarayın giriş qapısının şüşəsini sındırmışdır. Həmin vaxt sarayın işçiləri olan Sehran Rzayev və Ramin Əliyev də orada olmuşlar. Şəxs onu təhqit etdiyinə, söydüyünə görə ondan üzr istəməmiş, onunla barışmamışdır. Odur ki, ona qanunamüavfiq qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 izahatında bildirmişdir ki, o, “Azəri” şadlıq sarayında çayçı işləyir. 07 yanvar 2023-cü il tarixdə sarayda toy olmuşdur. Saat 23 radələrində Eldəniz və onun qardaşı Zaur saraya daxil olaraq nalayiq ifadələrlə Şəfahət Əliyevanı söyüb təhqir etmişlər. Daha sonra Eldəniz Zauru sakitləşdirməyə çalışmış, lakin Eldəniz sakitləşməyərək sarayın giriş qapısının şüşəsini sındırmışdır. İş materialında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ilkin araşdırma zamanı Şəfahət Əliyevanın və Seyran Rzayevin izahatarı məhkəmə iclasında verdikləri izahatlarla uyğundur. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərərçəkmiş şəxs X1, şahid X4 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, iş materialında olan şahidlərin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 4 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 09 mart 2023-cü il tarixdən saat 18:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar