Məhkəmə qərarları › İş №3(050)-391/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-391/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-391/2025 13.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Masallı rayonu, Şatıroba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, 12 fevral 2025-ci il tarixdə Masallı rayonu, Şatıroba kəndində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına müqavimət göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 13 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi, polis kapitanı Nümayəndə izahatında göstərdi ki, Masallı rayonu, Şatıroba kənd sakini X1 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə, bacısı İlkiyə Nəzərovaya məxsus Masallı rayonu, Şatıroba kəndində yerləşən fərdi yaşayış evindən oğurluq olması barədə verdiyi məlumat əsasında Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X2, Boradigah PB-nin növbətçi sürücüsü Şahid1 Əlizamin oğlu və Boradigah PBnin polis nəfəri polis baş serjantı Şahid2 12 fevral 2025-ci il tarixdə hadisə baş vermiş ünvanda olmuşlar. Həmin vaxt Masallı rayonu, Şatıroba kənd sakini Şəxs küçədə polis əməkdaşlarını gördükdən sonra üzərlərinə gedərək ünvansız söyüşlər söyməyə başlamış, polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, lakin o, öz əməlini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən polis əməkdaşları Şəxs Masallı RPŞ-nin Boradigah PB-nə dəvət etmiş, barəsində bölmə rəisinə raportla müraciət edilmişdir. Bundan sonra Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilməklə məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qardaşının evindən oğurluq hadisəsi olduğuna görə həmkəndlisi və qohumu X3 DİN-nin 102 zəngi xidmət mərkəzinə məlumat vermişdir. Baş vermiş hadisə ilə əlaqədar küçədə ünvansız söyüşlər söyməyə başlamışdır. Hikmət Abbasovun məlumatı əsasında xx.xx.2025ci il tarixdə hadisə yerinə polis əməkdaşları gəldikdən sonra da söyüş söyməyə davam etmiş, lakin məqsədi polis əməkdaşlarının tələblərinə tabe olmamaq deyil, söyüş söyməklə əsəblərini sakitləşdirmək olmuşdur. Polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu nizam-intizama dəvət etməklə nalayiq ifadələr işlətməsinə görə iradını bildirmiş, buna baxmayaraq söyüşlər söyməyə davam etdiyindən polis əməkdaşları tərəfindən Masallı RPŞ-nin Boradigah PB-yə aparılmış, orada inzibati qaydada tutulduqdan sonra barəsində inzibati protokol tərtib edilmişdir. O, ünvansız söyüşlər söysə də, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Bir daha belə səhvə yol verməyəcəyinə söz verdiyini nəzərə alaraq nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin Boradigah PB-nin polis nəfəri Şahid2 izahatında göstərdi ki, 2007-cı ildən Daxili İşlər orqanlarında xidmət edir. xx.xx.2025-ci il tarixdə Boradigah PB-də əməliyyat-istintaq qurupunda olarkən, Masallı rayon Şatıroba kənd sakini X3 DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat verərək bacısının evindən oğurluq olunması barədə verdiyi məlumat əsasında Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X2 və Boradigah PB-nin növbətçi sürücüsü Şahid1 Əlizamin oğlu ilə birlikdə Şatıroba kəndində baş vermiş hadisə yerində olmuşdur. Hadisə yerinə çatan zaman adı sonradan məlum olan Masallı rayonu, Şatıroba kənd sakini Şəxs yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək onlara yaxınlaşmış, polis əməkdaşları ilə birlikdə Şəxs ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu bildirərək onu nizam-intizama dəvət etmişlər, lakin o, qardaşı Taleh Nəzərovun evinə daxil olaraq oğurluq edən şəxslərin ünvanına nalayiq küçə söyüşləri işlətməyə davam etdiyindən və ətrafda olan şəxslər baş verən hadisədən narahat olduqlarından Şəxs Masallı RPŞ-nin Boradigah PB-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əlizamin oğlu Şahid2 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 fevral 2025-ci il tarixdə saat 18:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iş üzrə materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək qərara gəlir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati xəta məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlərin hər ikisi Şəxs küçədə kənar şəxslərin yanında ünvansız söyüşlər söyüdünü, sonuncunu nizam-intizama dəvət etməklə söyüş söyməyin inzibati xəta olduğunu bildirmişlər. Onlar Şəxs X4 dəvət etdikdə sonuncunun könüllü şəkildə onlarla birlikdə X4 gəlməsini qeyd etmişdilər. Məhkəmə belə vəziyyətdə Şəxs əməlini polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi kimi qiymətləndirmir. Belə ki, o, qardaşının evindən oğurluq edən şəxslərin hərəkətlərindən əsəbiləşərək naməlum şəxslərin ünvanına söymüşdür. Polis əməkdaşları özləri də Şəxs açıq şəkildə onların tələblərini icra etməkdən imtina etmədiyini izahatlarında dolayısı ilə qeyd etmişdilər. Göründüyü kimi, polis əməkdaşları Şəxs polis bölməsinə getməsini tələb etdikdə sonuncu buna etiraz etməmişdir. Bütün bu hallar göstərir ki, Şəxs əməlində İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri yaranmamışdır. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə digər ictimai qaydanın pozulması ilə bağlı tərtib edilmiş protokolla bağlı qeyd edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs adamların toplaşdığı şəraitdə və qonşuların eşidəcəyi tərzdə uca səslə qardaşının evindən oğurluq edən şəxslərin ünvanına nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Şəxs özü izahatında qonşuların eşidəcəyi tərzdə uca səslə nalayiq sözlər işlətdiyini etiraf etmiş, həmin vaxt onun evinə gəlmiş polis əməkdaşları da qeyd edilən hadisənin şahidi olduqlarını məhkəmədə izahat verərkən təsdiq etmişdilər. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxsın qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəuyğun və ədalətlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 12 fevral 2025-ci il tarixdən saat 18:35dən hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 53, 89.4,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu 12 fevral 2025-ci il tarixdən, saat 18:35-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti maraqlı şəxslərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar