Məhkəmə qərarları › İş №3(050)-392/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-392/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-392/2025 13.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1976-cı ildə Masallı rayonu Miyankü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, Masallı rayonu, Miyankü kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs dişləyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2023-cü ildə onu vuraraq iki xəstə uşaqla birlikdə evdən çıxarmışdır. 4 ay atası evində yaşamış, sonra isə uşaqların xəstəliyi ilə əlaqədar Bakı şəhərinə köçmüş və bir il yarım Bakı şəhərində kirayədə yaşamışdır. Bir il yarim Bakı şəhərində yaşadıqdan sonra 01 yanvar 2025-ci ildə gecə uşaqları ilə birlikdə Masallı rayonu Miyankü kəndində yerləşən yaşadığı evə gəlmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat təxminən 8-də yuxudan oyanıb əllərini yumaq üçün mətbəxtə getmiş və Natiqin mətbəxtdə olduğunu görmüşdür. Həmin vaxt Natiq ona bildirmişdir ki, evə arvad gətirir uşaqlarıda götürüb evdən çıxsın. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Hətta Natiq ona üzərinə qaynar su səpip yandıracağınıda demişdir. Mübahisə zamanı Natiq əvvəlcə yumruqla onun sol qolundan vurmuş, daha sonra isə onun boğazından tutmuş və o, yerə yıxılmışdır. Yerdən qalxdıqdan sonra yenidən Natiq onun boyun nahiyəsindən tutmuşdur. Bundan sonra oğlu DİN-nin 102 xidmətinə zəng vurmuşdur ki, anamı döyüröldürür. 2 gündən sonra yenidən onun və əlil uşağının üzərinə hücum çəkib və uşağı epilepsiya tutmuşdur. Bu günkü günədəkdə Natiq onu ölümlə və evi yandırmaqla hədələyir. Bu ilk dəfə deyildir ki, baş verir o dəfələrlə şiddətə məruz qalmışdır. Hətta əlil qızınıda vurmuşdur. Lakin o, bütün bunlarla bağlı bu günədək şikayət etməmişdir. Natiq onu vurduğu zaman o, heç bir müqavimət göstərməmişdir, uşaqları onu çəkib Natiqil əlindən almışlar. O, Natiqi vurmamış ona hər hansı bir xəsarət yetirməmişdir. O, iki xəstə uşağı ilə evində yaşaya bilmir, övladlarının və onun həyatı təhlükədədir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə evdə olduğu zaman qapının döyüldüyünü eşitmişdir. Qapını açdığı zaman Qumrunu iki uşaqla birlikdə gəldiyini görmüşdür və onlar evə girmişlər. Yaşadığı evdə bir otaqda şərait olduğu üçün öz otağını onlara vermiş özü isə gecələmək üçün qardaşı gilə getmişdir. Səhəri işə getmək üçün yaşadığı evə gəlib mətbəxə girmiş və özü üçün çay dəmləmək istəmiş bu zaman Qumru gəlib onu söyərək təhqir edərək üzərinə gəlmişdir. Daha sonra Qumru dəhlizdə olan tozsuranın dəmir borusunu götürüb onun qoluna və başına vurmağa başlamışdır. Bu zaman Qumrunun qardaşı Səbuhi mətbəxtə daxil olmuşdur. O, Səbuhiyə bacısının qarşısını almasını demiş, Səbuhidə Qumrunun əlində dəmir borunu alaraq həyətə atmışdır. Daha sonra oraya onun qardaşı arvadı İlhamə gəlmişdir. Bu zaman Qurmu orada olan döşəməni silmək üçün nəzərdə tutulmuş ağacdan olan aləti götüürb ona vurmaq istəmişdir. Və ona evdən çıxmasını bildirmişdir. Oda cavabında Qumruya evdə onunda haqqı olduğunu bildirmişdir. Qumru onu tossuranın dəmir borusu ilə vurduğu zaman borunu onun başına, sifətinə və əlinin arxa hissəsinə vurmuşdur. Oda Qumrunun boğazından tutaraq onu vurmaq istəmədiyini ondan əlçəkməsini bildirmişdir. Qardaşı gəlib onları ayırmışdır. Qumrunun anası araya girmiş, əgər anası araya girmiş olmasaydı onların hər birində xəsarətlər çox olardı. O, Qumruya xəsarət yetirmək istəməmişdir. Şikayətçidir, barışmamışdır. Məhkəmədən qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 06 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs boynun sağ yan hissəsinin və sol əlin arxa səthinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə (cırmaqlama) vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 02 yanvar 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Yasin Kazımov tərəfindən 13 fevral 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar