Məhkəmə qərarları › İş №3(050)-394/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-394/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-394/2025 13.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1999-cu il tarixdə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 13 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 16(050)-76/2024 nömrəli, 07 iyul 2024-cü il tarixli, Masallı Rayon Məhkəməsinin 2(050)-61/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli və Masallı Rayon Məhkəməsinin 2(050)-3248/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra sənədinlərində tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X10 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3248/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci ii tarixli, SXT000328 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 235 manat əsas borc, 35,25 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, cəmi 300,65 manat məbləğində pul vəsaiti tutularaq "xxxx"QSC-nin xeyrinə ödənilməlidir. Masallı Rayon Məhkəməsinin 16(050)-76/2024 nömrəli, 07 iyul 2024-cü il tarixli icra sənədinə əsasən 01 iyul 2024-cü ildən başlayaraq Şəxs 28 oktyabr 2017-ci il təvəllüdlü X2, 25 sentyabr 2019-cu il təvəllüdlü X8 və 28 oktyabr 2020-ci il təvəllüdlü X4 saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Masallı Rayon Məhkəməsinin 2(050)-61/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli icra sənədinə əsasən 01 iyul 2024-cü il tarixdən başlayaraq 28 oktyabr 2017-ci il təvəllüdlü X1, 25 sentyabr 2019-cu il təvəllüdlü X3 və 28 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İzahatlardan da, görünür ki, borclu maddi imkanı olmadığı üçün heç bir ödəniş edə bilmir. Cəmi bu günə kimi, 817 manat məbləğində aliment tələbi üzrə ödəniş etmişdir. Borclu icra sənədi üzrə borcu ödəmədiyindən barəsində cinayət məsuliyyətinə cəlb olunacağı da izah edilmişdir. Buna baxmayaraq borclu icra sənədləri üzrə borcdan heç bir ödəniş etməmişdir. Borclu öz hərəkətləri ilə icra sənədinlərində tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, ilk öncə aliment tələbi ilə mediasiya qurumuna müraciət etmək istəmiş, lakin borclu razı olmamışdır. Sonra məhkəməyə müraciət etmiş və aliment tutulmuşdur. Lakin Şəxs, həmin vaxt işlədiyinə baxmayaraq alimenti ödəməkdək yayınmışdır. Digər cinayətə görə həmin iş yerindən çıxarıldığını bildirmişdir. Borcuna görə məhkəmədə Şəxs torpağı satacağı və borcunu bağlayacağını barədə vədlər vermişdir. Həmin vaxt sadəcə 490 manat məbləğində ödəniş etmiş, alimenti ödəməkdən təkrar yayınır, şikayət edəcəyini, hər üç uşağa tətbiq olunmuş alimenti ödəyə bilmədiyini bildirir. Özü satıçı işləyir və uşaqlara lazımlı qaydada baxa bilmir. Şəxs alimeti vaxtı-vaxtında ödəmir. Uşağlarına baxmır, aliment borcunu ödəmək istəmir. Məhkəmədən Şəxs inzibati qaydada həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, icra şöbəsinə razılaşmaq üçün gəlmişdir, Bakı şəhərində, yeni iş yerinə qəbul olunmuşdur. Cəzanın icrası ilə əlaqədar probasiya üzrə şöbədə qeydiyyata düşmüş, lakin elektron nəzarət vəsitəsi hələ ki, tətbiq olunmamışdır. Həmin iş yerində adı getsə də, faktiki orda işləmir. İş yeri təxminən Dərnəgül deyilən ərazidə bazarın yanında yerləşir. Lakin iş yerini rayona dəyişdirəcəkdir. Maddi imkanı olmadığından təzə iş yerində işlədikcə borcunu ödəyəcəyi barədə söz verir. Aliment tələbi ilə bağlı qətnamədən şikayət verəcəkdir. Öz adında heç bir əmlak yoxdur, atasının adında maşın var və həmin maşını satışa qoymuşdur. Həmçinin adında olan torpağın üzərinə həbs qoyulmuş və onun payına 17 sot düşür. Həmin torpağın dəyəri 700-800 manat çivarındadır. Borcunu ödəmədiyi halda əvvəl inzibati, sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru ona xəbərdarlıq etmişdir. O, icra sənədlərindən xəbərdardır, lakin heç bir maddi imkanı olmadığından icra sənədində olan tələblərini icra edə bilmir. Məhkəmədən ona cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 16(050)-76/2024 nömrəli, 07 iyul 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 01 iyul 2024-cü ildən başlayaraq Şəxs 28 oktyabr 2017-ci il təvəllüdlü X2, 25 sentyabr 2019- cu il təvəllüdlü X8 və 28 oktyabr 2020-ci il təvəllüdlü X4 saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. - Masallı Rayon Məhkəməsinin 2(050)-61/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 01 iyul 2024-cü il tarixdən başlayaraq 28 oktyabr 2017-ci il təvəllüdlü X1, 25 sentyabr 2019-cu il təvəllüdlü X3 və 28 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. - Masallı Rayon Məhkəməsinin 2(050)-3248/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2022-ci ii tarixli, SXT000328 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 235 manat əsas borc, 35,25 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, cəmi 300,65 manat məbləğində pul vəsaiti tutularaq "xxxx"QSC-nin xeyrinə ödənilməlidir. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 15 avqust 2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 16(050)-76/2024 nömrəli, 07 iyul 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 13 fevral 2025-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-61/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 13 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3248/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı Rayon Məhkəməsinin 8(050)-9/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qərardaddan görünür ki, Masallı Rayon Məhkəməsinin 16(050)-76/2024 nömrəli 01 iyul 2024-cü il taxrili icra sənədinə əsasən Masallı rayonu, Həsənli kəndində yerləşən 1.1247 ha torpaq sahəsi üzrə borclu Şəxs 1/6 hissədə payının üzərinə həbs qoyulmuşdur. - Şəxs 05 sentyabr 2024-cü il tarixli izahatından görünür ki, 16(050)-76/2024 nömrəli, 07 iyul 2024-cü il tarixli icra sənədi barədə xəbəri vardır, icra sənədi üzrə borcu ödəməyə heç bir maddi imkanı yoxdur, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. - Şəxs 12 fevral 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-61/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli icra sənədi barədə xəbəri vardır, icra sənədi üzrə borcu ödəməyə heç bir maddi imkanı yoxdur, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. - Şəxs 05 sentyabr 2024-cü il tarixli izahatından görünür ki, 2(050)-3248/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli icra sənədi barədə xəbəri vardır, icra sənədi üzrə borcu ödəməyə heç bir maddi imkanı yoxdur, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. - Masallı Rayon Məhkəməsinin 1(050)-24/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Şəxs 27 noyabr 2024-cü il tarixdən 29 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Şəxs cəzasını yaşadığı yer üzrə çəkməsi, cəzanın icrasının Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edillməsi, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00dan səhər saat 07:00-dək Masallı rayonu, Həsənli kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması hökm edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədinlərində tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun hazırda tələbkara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkməsini, rəsmi olaraq işləməsi barədə arayış olsa da, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə olunduğundan işləməsinin real olmayacağını, icra sənədlərindəki tələbləri üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 13 fevral 2025-ci il tarixdən, saat 16:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 13 fevral 2025-ci il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar