Məhkəmə qərarları › İş №3(050)-395/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-395/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-395/2025 13.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3745/2023 saylı icra sənədinə əsasən Şəxs 16 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. Bundan başqa, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(038)-6/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs ümumilikdə cəmi 9998 manat alınaraq X6 ödənilməlidir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 2932/2023 saylı icra sənədinə əsasən 850 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 30 manat Şəxs alınaraq X7 ödənilməlidir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 3138/2024 saylı icra sənədinə əsasən 8214 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 103 manat Şəxs alınaraq X3 ödənilməlidir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 2872/2023 saylı icra sənədinə əsasən ümumilikdə 337.39 manat məbləğində pul Şəxs alınaraq "xxxx" QSC-yə ödənilməlidir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 2559/2023 saylı icra sənədinə əsasən ümumilikdə 1748.49 manat məbləğində pul Şəxs alınaraq "xxxx" QSC-yə ödənilməlidir. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 2852/2023 saylı icra sənədinə əsasən ümumilikdə 366.20 manat məbləğində pul Şəxs alınaraq BOKT "xxxx" QSC-yə ödənilməlidir. Borclu yuxarıda qeyd edilmiş 7 icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X9 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 7 icra sənədi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Həmin icra sənədləri üzrə borclu barəsində inzibati qaydada protokol tərtib edilənədək bütün lazımı icra tədbirləri görülmüş, lakin heç bir nəticəsi olmamışdır. Ona görədə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində olan 7 icra sənədindən məlumatlıdır. Barəsinə tərtib edilmiş inzibati protokolla razıdır. Hal-hazırda borcunu ödəmək iqtidarında deyildir. Lakin gələcəkdə işləməklə ödəyəcəyinə söz verir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3745/2023 saylı icra sənədinə əsasən 16 iyul 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir. Hazırda Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmir. Borclu işləməklə ona olan borcunu ödəyə bilər. Odur ki, borcunu tələb edir və borcun ödənilmədiyi tədqirdə ona həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraata başlamaq haqqında qərarlardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3754/2023 saylı, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(038)-6/2024 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2932/2023 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 3138/2024 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2872/2023 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2559/2023 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2852/2023 saylı icra sənədləri Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 13 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3754/2023 saylı, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(038)-6/2024 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2932/2023 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3138/2024 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2872/2023 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2559/2023 saylı, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2852/2023 saylı icra sənədlərini icra etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətinin yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh növünün tətbiq olunmasını qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 13 fevral 2025-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar