Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-4/2023 01.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunuyn sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxxxx 1994-cü ildə Cəlilabad rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Kürdlər kəndində qeydiyyatda olan və yaşayan; Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 15 dekabr 2022-ci il tarixdə saat 09:50 radələrində “Kamaz” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı rayonu, Köhnə Alvadı kəndi ərazisində idarə edərkən sürücü avtomaşına xüsusi qablaşdırılmadan yük vurduğuna görə Azərbaycan Respublikası DİN-in BDYPB-in YPX-in Masallı Rayon Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmiş və barəsində 15 dekabr 2022-ci il tarixli, AP ******* saylı protokol tərtib edilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, özünü təqsirli bilmir. 15 dekabr 2022-ci il tarixdə, saat 09:50 radələrində “Kamaz” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Masallı rayonu, Köhnə Alvadı kəndi ərazisində idarə edərkən Yol Patrul Xidmətinin əməkdaşları ona saxlama işarəsi vermiş, Yol Patrul Xidmətinin əməkdaşının tələblərinə tabe olaraq avtomaşını saxlamışdır. Yoxlama zamanı Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən onun avtomaşını sərxoş vəziyyətdə idarə edilməsi aşkar edilmiş, alkotestlerə yoxlanıldıqdan sonra onda yüngül dərəcəli alkoqol sərxoş olması ona bildirilmişdir. Həmin vaxt ona hədə qorxu gəlindiyi üçün məcbur olub, alkotestrin nəticəsinə imza etmişdir. Faktiki olaraq o, bir gün əvvəl, yəni 14 dekabr 2022-ci il tarixində axşam saatlarında spirtli içki qəbul etmişdir. Hesab edir ki, həmin müddət ərzində onda sərxoşluq ola bilməzdi. Mahiyyətini bilmədiyinə görə həkim vasitəsi ilə tibbi müayinədən keçməsini bildirməmiş, həmçinin yol patrul xidmətinin əməkdaşı da bu hüququnun olmasını ona izah etməmişdir. Bundan başqa ona alkotesterin nəticəsinə imza etmədiyi təqdirdə polislər tərəfindən şərlənəcəyi bildirilmiş və o, da qorxduğundan imza etmişdir. Ona protokol tərtib edildikdən sonra Lənkəran şəhərində yerləşən xəstəxanaya getmiş və orada alkotest vasitəsi ilə yoxlanıldıqdan sonra onun sərxoş olmaması müəyyən olunmuşdur. Bundan başqa polis əməkdaşları onun avtomaşınını polis şöbəsinə apararkən onunla mübahisə etmiş, həmçinin polis əməkdaşları, xüsusən də Şəmşir Kərimov onu döyərək ona xəsrət yetirmişdir. Bu barədə Masallı Rayon Prokurorluğuna şikayət etmişdir. Odur ki, barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şahid, həmçinin protokolu tərtib etmiş şəxs DİN-in Masallı RPŞ-in DYPB-nin xidməti inspektoru, polis baş serjantı X2 izahatında göstərmişdir ki, tərtib etdiyi protokol qanuni olmuşdur. Protokol tərtib olunmazdan əvvəl Şəxs sərxoşluq vəziyyətinin dərəcəsi müəyyən edilməsi üçün alkotester vasitəsi ilə yoxlanılmış və onun yüngül dərəcəli, yəni 0.418 promil dərəcəli sərxoş olması aşkar edilmişdir. Ona sərxoşluq vəziyyətinin normadan artıq olması izah edilmiş, o, da bir gün əvvəl yüngül araq spirtli içki içməsini bildirmişdir. Şəxs alkosetin nəticəsi ilə razıəlaşmış və imza etmişdir. Heç bur etiraz nümayiş etdirməmişdir. Daha sonra idarə etdiyi avtombil cərimə meydançasına aparılmış və barəsində protokol tərtib edilmişdir. Şəxs alkotestin nəticəsi ilə razılaşmış və imza etmişdir. Onunla qeyri-prosessual hərəkətə yol yol verməmiş, ona hədə qorxu gəlinməmişdir. Bütün hərəkətlər videokamera vasitəsi ilə qeydə alınmışdır. Şahid Masallı Rayon Polis Şöbəsinin BDAM polis kapitanı X1 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs “Kamaz” markalı avtomaşınını onu saxlayan polis əməkdaşları işə sala bilməməsi səbəbindən, ona protokol tərtib edildikdən sonra, polis əməkdaşları və Şəxs ilə birlikdə avtomaşının yanına getmişlər. O, özü avtomaşını işə salmış və polis şöbəsinə gətirmişlər. Həmin zaman Şəxs avtomaşını Polis şöbəsinə apardıqları üçün onlarla mübahisə etmiş, lakin ona polis əməkdaşları və özü tərəfindən heç bir xəsarət yetirilməmişdir. Şəxs onun tərəfindən döyülməsi barədə dedikləri şər və böhtandır. Bu barədə Masallı Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Məhkəmə baxışı iclasında DİN-in Masallı RPŞ-in DYPB-dən təqdim edilmiş CD diskə baxış keçirilmiş və videogörüntüdən məlum olmuşdur ki, Şəxs idarə etdiyi avtomobil saxlanıldıqdan sonra onun sərxoşluq vəziyyətinin dərəcəsi müəyyən edilməsi üçün alkotester vasitəsi ilə yoxlanılmış, yoxlanıldıqdan sonra polis baş serjantı Amil Yunusov tərəfindən onun yüngül dərəcəli sərxoş olması bildirilmiş, prtotokol tərtib edilmiş, Şəxs alkotestirin nəticəsinə imza etmiş və avtomobil cərimə meydançasına aparılmışdır. Sərxoşluq vəziyyəti ilə bağlı Şəxs heç bir etiraz nümayiş etdirməmiş, ona qarşı hədəqorxu gəlinməsi halı aşkar edilməmişdir. 15 dekabr 2022-ci il tarixli sərxoşluq vəziyyətinin yoxlanmasına dair ALCOVİSİOR- AZ817 ACE Z-Series markalı alkotestin İN:642705 saylı (protokollaşdırma 01783) çıxarışından görünür ki, Şəxs həmin gün saat 09:50-də yoxlama zamanı 0.418 faiz sərxoşluq müəyyən edilmişdir. Lənkəran rayonlararası narkoloji xəstəxanasının sərxoşluq vəziyyətinin yoxlanmasına dair 15 dekabr 2022-ci il tarixli, 440 nömrəli tibbi müayinə aktından görünür ki, həmin gün saat 15:00-da müayinə zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyətinin olmaması qeyd edilmişdir. Müayinə vaxtı o, bir gün əvvəl axşam spirtli içki qəbul etməsini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli şahid iadələri, inzibati xəta haqqında protokol, sərxoşluq dərəcəsinin yoxlanılmasına dair alkotesterin nəticəsı, CD diski və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsi barədə izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir. Həmçinin Lənkəran rayonlararası narkoloji xəstəxanasının sərxoşluq vəziyyətinin yoxlanmasına dair 15 dekabr 2022-ci il tarixli, 440 nömrəli tibbi müayinə aktından görünür ki, o, müayinədən həmin gün saat 15:00-da keçmişdir. 15 dekabr 2022-ci il tarixli sərxoşluq vəziyyətinin yoxlanmasına dair ALCOVİSİOR-AZ817 ACE Z-Series markalı alkotestin İN:642705 saylı (protokollaşdırma 01783) nəticəsinə əsasən Şəxs sərxoşluq vəziyyəti həmin gün saat 09:50-də yoxlanılmışdır. Göründüyü kimi Şəxs birinci müayindən 5 saat sonra alkotest müayinəsindən keçmişdir. Şəxs özünün qeyd etməsi nəzərə alınarsa, xx.xx.2022-ci il tarixdə axşam saatları spirtli içki qəbul etməsindən sonra xx.xx.2022-ci il tarixdə saat 15:00-da sərxoşluq vəziyyətinin olmaması ehtimalı istisna deyil. Belə olan halda DYP əməkdaşının xx.xx.2022-ci il tarixdə, saat 09:50-də alkotester vasitəsi ilə 0,418 yüngül dərəcləi sərxoşluq vəziyyətini bilavasitə müəyyən etməsi şübhə altına alınmamalıdır. Ona görə də Şəxs izahatı və təqdim etdiyi tibbi müayinə aktı inzibati materialda olan sübutlarla tam təkzib olunduğu üçün mötəbər sübut kimi qəbul oluna bilməz. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.4.-cü bəndinə qeyd olunmuşdur ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 124.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində gösrəilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs (15 dekabr 2022-ci il tarixli, AP ******* saylı protokol üzrə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-4/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-4/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver