Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-4/2024 16.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirkları ilə, X1 Masallı RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta hqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-in 329.1ci maddəsi ilə 40 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 09:00 radələrində işə getdiyi zaman DYP əməkdaşları tərəfindən saxlanılaraq, ona bildirilmişdir ki, guya o, nəqliyyat vasitəsini təhlükəsizlik kəməri olmadan idarə etmişdir. Kamera görüntüləri var. O, polis əməkdaşları ilə birlikdə Masallı Rayon Polis şöbəsinə getmişdir. Orada da kameraya baxış keçirilmiş, lakin kamera görüntülərində onun kəmərsiz nəqliyyat vasitəsini idarə etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq, barəsində protokol tərtib edilmişdir. Daha sonra həmin hadisə ilə bağlı barəsində Masallı RPŞ-in DYPB-in əməkdaşı, polis kiçik serjantı X2 tərəfindən TP ******* savlı inzibati xəta haqqında iş üzrə qərar qəbul edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq etmişdir. Qərara əsasən, guya o, “VAZ 21061” minik markalı ** HK *** dövlət qeydiyyat nişanlı nəqliyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan idarə etmişdir. Həqiqətdə isə belə olmamışdır. Nəqliyyat vasitəsini idarə edərkən hər zaman təhlükəsizlik kəmərini bağlayır. İnzibati təhbeh haqqında qərarın verilməsinə əsas olmuş protokol tamamilə qanunsuz olaraq tərtib edilmişdir. Halbuki, o, DYP əməkdaşları ilə birlikdə kamera görüntülərinə baxan zamanda orada onun kəmər taxmadığı öz təsdiqini tapmamışdır. Beləliklə o, qeyd olunan inzibati xətanı törətməmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməini xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. İş materialında əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı RPŞ-nin DYPB-nin YPX inspektoru X2 tərəfindən tərtbit edilmiş inzibati xəta haqqında protokola əsasən Masallı rayonu, Ərkivan qəsəbə sakini X4 xx.xx.2023-cü il tarixdə saat 09:09 idarə etdiyi “VAZ-21061” minik markalı ** EK *** dövət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən təhülkəsizlik kəmərindən istefadə etmədiyi üçün saxlanılmış, barəsində Azərbaycan Respublikası İXMin 329.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Masallı RPŞ-nin DYPBnin rəisi X3 tərəfindən X4 barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında qərar qəbul edilmiş, qərara əsasən Qadir Hüseynov Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətan törətdiyinə görə 40 manat inzibati qaydada cərimə edilmişdir. İnzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntünün, digər iş materiallarının Masallı Rayon Məhkəməsinə təqdim edilməsi barədə Masallı RPŞ-yə sorğu ünvanlanmış, inzibati xətanın baş verməsini özündə əks etdirən videogörüntü məhkəməyə təqdim edilmişdir. Lakin təqdim edilmiş CD-yə məhkəmə iclasında baxış zamanı X1 xx.xx.2023-cü il tarixdə saat 09:09-də idarə etdiyi “VAZ-21061” minik markalı ** EK *** dövət qeydiyyat nişanlı avtomaşınla Masallı şəhəri, H.Əliyev prospekti hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etməsinə dair inzibati xəta törətməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci mаddəsinə əsаsən inzibаti xətа hadisəsi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. 105.1.maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-4/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-4/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver