Məhkəmə qərarları › İş №3(050)-4/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-4/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-4/2025 15.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayətçi X1 və Masallı RPŞ-nin Dövlət yol polis bölməsi Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə iştirakı ilə, X1 Masallı Rayon Polis X5 Polisi Bölməsinin inzibati tənbeh vermə haqqında TP6912062 saylı, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Masallı Rayon Polis X5 Polis Bölməsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Polis X5 Polis Bölməsinin YPXnin inspektoru Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara əsasən 100 manat cərimə edilmişdir. Lakin hesab edir ki, onun əməlində göstərilən inzibati xəta əməlinin tərkibi olmadığı üçün mövcud qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə istifadəsində olan “Hyundai Avante” minik markalı ** LP *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri Heydər Əliyev prospektində "xxxx" ASC ilə X3 arasında yerləşən ikinci dərəcəli yoldan baş yola çıxarkən Masallı RPŞ-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və onun barəsində yol hərəkəti qaydalarının, yəni düzgün manevr etməmə və yol ayrıcını keçməmə əsası ilə inzibati protokol tərtib olunmuşdur. Yolun həmin hissəsindən baş yola çıxmaq üçün birbaşa nişanlanma xətləri vardır və oda yol hərəkəti qanunlarına uyğun şəkildə manevr edərək baş yola çıxmışdır. Onun qeyd olunan qanunu pozması barədə heç bir sübut yoxdur. O, tələb etmişdir ki, əgər qaydanı pozmuşsa ona videogörüntü təqdim olunsun, lakin heç bir görüntü təqdim olunmamış və heç portalada görüntü yerləşdirilməmişdir. YPX-nin maşınlarının hamısında videoqeydiyyat aparan kameralar vardır, əgər o, həmin xətanı törətmişdirsə, qeydə alınardı və görüntü ona təqdim olunardı. O, heç bir qaydanı pozmamış və pozması barədə sübutda yoxdur, sübutetmək vəzifəsi isə protokol tərtib edən orqanın üzərinə düşür. O, qeyd olunan əməli törətməmiş, onun əməlində inzibqti xətanın tərkibi mövcud deyildir. Buna görə də inzibati xəta hadisəsi olmadığı və onun əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, saxlanıldığı zaman yerindəcə polis əməkdaşlarına etirazını bildirmişdir ki, o, avtomobili ilə “Kapitalbanka”la Mərkəzi poçtun arasında olan ara yoldan əsas yola çıxmışdır. Polis əməkdaşları ona manevr etmə qaydalarını pozduğunu bildirmişlər. O isə yolda qırıq xətlərin olduğunu bildirərək yola düzgün çıxdığını demişdir. Oda polis əməkdaşlarına qayda pozmasını təsdiq edəcək video görüntünü ona göstərmələrini demiş, lakin həmin video görüntüləri ona göstərməmişlər. Sonradan bilmişdir ki, barəsində cərimə qərarı tətbiq olunmuşdur. O, qırıq-qırıq xətlər olduğuna görə dönmüşdür. Məhkəmədən qərarın ləğv olunmasını xahiş etdi. Masallı RPŞ-nin Dövlət yol polis bölməsi Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, həmin yolda 1.1 düz xətt vardır. Birdə işıqfordan bir qədər geridə geriyə dönmək qadağan olması barədə yol nişanıda vardır. Geri dönmək üçün ancaq gedib “İsgəndərli dairəsin”dən dönüb geri qayıda bilər. Video görüntülərdəndə görünür ki, vətəndaş dayandığı yerdən hərəkətə başlamış, hər hansı bir yol ayrıcından çıxmamışdır. Avtomobili saxlayıb, özlərini təqdim edərək sürücüyə dönmə əməliyyatı etdiyi yerdən manevr etməyin qadağan olduğunu və onun həmin yerdən manevr etməklə qanun pozuntusu etdiyini izah etmişlər və barəsində protokol tərtib edərək bir sürətini sürücüyə təqdim etmək istəmişlər, lakin sürücü protokolun sürətini almaqdan imtina etmiş və çıxıb getmişdir. Məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 20:06 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini pozduğuna görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hadisə ilə bağlı təqdim edilmiş Diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə sürücü X2 əks istiqamətli hərəkət zolağına çıxmaq üçün dönmə nəzərdə tutulmayan yerdə dönməklə manevr etmə qaydalarını pozmuşdur. Yəni, o, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmişdir. İş materilları, tərəflərin izahatları, baxış keçirilmiş Disklə müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 20:06 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd edilmişdir ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 12 dekabr 2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, inzibati Xəta haqqında protokol və qərarla, hadisə ilə bağlı təqdim edilmiş Disklə, eləcədə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsi polis söbəsi tərəfindən təqdim edilmiş sənədlərlə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 12 dekabr 2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar