Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-401/2025 18.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsinə əsasən Şəxs barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozaraq yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanunu qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığına görə geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmə yeri Şəxs yaşayış yeri olan Bakı şəhəri, Nizami rayonu hesab edilməlidir. Belə ki, “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 529-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların (inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi) törədilməsi yeri barəsində icraat aparılan şəxsin yaşayış yeri hesab edildiyindən hazırkı inzibati xəta haqqında protokola aidiyyəti üzrə baxılması Masallı Rayon Məhkəməsinin səhiyyətinə aid deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 109.1.6-cu maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsinə əsasən Şəxs barəsində tərtib edilmiş inzibati materila aidiyyəti üzrə baxılma yeri Masallı Rayon Məhkəməsi olmadığı üçün inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materialla Masallı Rayon Polis şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Masallı Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-401/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-401/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver