Məhkəmə qərarları › İş №3(050)-403/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-403/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-403/2024 23.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs Nümayəndə iştirakları ilə. xx xxxx 1994-cü Masallı rayonunda doğulmuş, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 27 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində idarə etdiyi “VAZ 21061 Minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, evində əmisi oğlanları ilə birlikdə qonaqlıq süfrəsində olmuşdur. O, çoxlu spirtli içkilər qəbul etmişdir. Özünü idarə edə bilməmişdir. Həyətlərində manqal qalayaraq kabab etmişlər. Həmin vaxt həyətlərinin qarşısına polis maşını yaxınlaşmış, VAZ 2106 markalı ** BH *** dövlət qeydiyyat nömrəli avtomobili kimin idarə etdiyini soruşmuşlar. O, həmin avtomobilin qardaşı İlham Şirxanlıya aid olduğunu və avtomobili onun idarə etdiyini bildirmişdir. İlham Şirxanlının isə qonşuda toyda olduğunu, zəng vuraq 5 dəqiqəyə gələcəyini bildirmişdir. Polislər avtomobilin onun tərəfindən idarə olunduğunu və bu barədə şöbəyə getməli olduğunu bildirmişlər. Onu ağır dərəcəli içkili vəziyyətdə polis maşınına otuzduraraq şöbəyə aparmışlar. Şöbənin həyətində polis maşınında alkotestr etmişlər, təsir və təziq nəticəsində bir iki sənədlərə də, məzmunu ilə tanış etmədən imza etdirmişlər. Polis maşınında olarkən də bildirmişdir ki, içkilidir. Lakin avtomobil idarə etməmişdir. Avtomobili qardaşı İlham idarə etmişdir. İlhamda spirtli içki qəbul etməmişdir. Üzərindən bir-iki gün keçdikdən sonra spirtin təsirindən ayılmış, polis şöbəsinə yaxınlaşaraq barəsində yazılmış qərarın surətini istəsə də, ona verməmişlər. Protokol tərtib edən şəxs DYP inspektoru Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Şəxs 27 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində idarə etdiyi “VAZ 21061 Minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmuşdur. Şəxs qayda pozuntusu etdiyi üçün saxla əmri verilmişdir. Lakin Şəxs polisin saxla əmrinə tabe olmayaraq hərəkəti davam etdirmişdir. Polis əməkdaşları ilə birlikdə avtomobili izləmişlər və Şəxs evinin ünvana getmişlər. Bu zaman Şəxs sərxoş halda saxlamışlar, etdiyi səhvi etiraf etmişdir, içkili olduğu üçün avtomobili saxlamadığı üçün həyətinə sürüb getsədə onu saxlaya bilmişlər, yoxlama aparılması üçün polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində alkotestr vasitəsi ilə sərxoş olduğu müəyyən edilmiş və Şəxs alkotestrın nəticəsi ilə razılaşmışdır. İşə əlavə olunmuş Masallı RPŞ-nin DYPB-nin YPXİ-nin inspektoru polis baş leytenantı Nümayəndə tərəfindən tərtib edilmiş 27 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 27 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində idarə etdiyi “VAZ 21061 Minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə qəbzindən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 0.897 %) Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə 27 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən qəbzdən, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar