Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-407/2025 28.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Masall RPŞnin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Masallı rayonu, Təzəkənd kəndində Şəxs avtomobilinin yük yerinə keçirilən baxış zamanı bir ədəd MR-155 markalı ********** nömrəli ov tüfəngini, 23 ədəd patron, 2 ədəd cib bıçağı, bir ədəd baş üçün nəzərdə tutulmuş fənər və ovladığı 5 ədəd çöl göyərçini aşkar edilmiş, Şəxs müvafiq icra hakimiyyəti orqanının xüsusi icazə sənədi olmadan 5 (beş) ədəd çöl quşunu ovlamaqla ov qaydalarını pozması müəyyən edilmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, özünə məxsus MR-155 markalı ********** nömrəli ov tüfəngi vardır. Həmin silaha dair müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi vardır. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində ov etmək məqsədi ilə özünə məxsus MR-155 markalı ********** nömrəli ov tüfəngini, bir neçə patron, 2 ədəd cib biçağı, bir ədəd baş üçün nəzərdə tutulmuş baş fənəri və digər əşyalarını götürərək Masallı rayonu, Təzəkənd ərazisində yerləşən dəmir yolunun yaxınlığına gəlmişdir. Həmin ərazidə 5 ədəd çöl göyərçini ovladıqdan sonra oğlu ilə birlikdə oğlunun idarə etdiyi “Mercedess Benz” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək evə gələn zaman polis əməkdaşları onlara yaxınlaşaraq avtomobili saxlatdırmışlar. Avtomobilin yük yerinə baxış keçirilərkən bir ədəd kabroda özünə məxsus MR-155 markalı ********** nömrəli ov tüfəngi, 23 ədəd patronu, 2 ədəd cib bıçağı, bir ədəd baş üçün nəzərdə tutulmuş fənər və ovladığı 5 ədəd çöl göyərçini aşkar edilmiş, ovladığı quşları, silahı, patronları, cib bıçaqlarını və baş fənərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan müəyyən edilmiş yerdə ov etmək üçün xüsusi icazə sənədini tələb etdikdə, heç bir sənədi olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu həmin əşyalarla birlikdə Masallı RPŞ-yə gətirmişlər. Müəyyən edilmiş yerdə ov etmək üçün xüsusi icazə sənədi olmasa da, MR-155 markalı ********** nömrəli ov tüfənginə dair müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi vardır. Ümumilikdə 5 (beş) ədəd çöl göyərçini ovlamışlar. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətə yol verməyəcəkdir. Ağır şəkər xəstəsi olmaqla cərimə məbəğini ödəmək üçün maddi imkanı yoxdur. Lakin, ov hüququnun məhdudlaşdırılmasına etiraz etmir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masall RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Masallı rayonu, Təzəkənd kəndində Şəxs avtomobilinin yük yerinə keçirilən baxış zamanı bir ədəd MR-155 markalı ********** nömrəli ov tüfəngini, 23 ədəd patron, 2 ədəd cib bıçağı, bir ədəd baş üçün nəzərdə tutulmuş fənər və ovladığı 5 ədəd çöl göyərçini aşkar edilmi, Şəxs müvafiq icra hakimiyyəti orqanının xüsusi icazə sənədi olmadan 5 (beş) ədəd çöl quşunu ovlamaqla ov qaydalarını pozması müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. 2274 nömrəli ovçuluq biletinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə ovçuluq bileti verilmişdir. 2274 saylı üzvlük biletinin surətindən görünür ki, Şəxs 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin "xxxx" MMC tərəfindən üzvlük bileti verilmişdir. Ə-205/24 saylı şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası DİNnin Masallı RPŞ tərəfindən Şəxs 12 kalibrli, MR-155 markalı ********** nömrəli ov silahıın saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsində nəzərdə tutulmuş lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə ov etməklə, ov qaydalarını kobud şəkildə pozması tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, əməlini səmimi etiraf etməsini, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov hüququnun məhdudlaşdırılması növündə tənbehin aşağı həddində tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130 və 156cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə ov hüququ məhdudlaşdırılsın. Qərarın icrası müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin "xxxx" MMC-yə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-407/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-407/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver