Məhkəmə qərarları › İş №3(050)-409/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-409/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-409/2024 14.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Saatlı rayonu, Mollavaizli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, orta təhsilli, evli, 2 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Həsənli kəndndə qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Həsənli kəndində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclasında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı Rayon X1 Hüseyn Hüseynov tərəfindən zorla qaçırılması, həmçinin Şəxs, X7 və Zərərçəkmiş şəxs 25 dekabr 2023-cü il tarixdə qarşılıqlı olaraq mübahisə edib dalaşmaları faktına hüquqi qiymət verilməsi üçün həmin materialdan çıxarılmış sənədlərin surəti Masallı RPŞ-nin TB-də araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Masallı rayonu, Həsənli kənd sakinləri Zərərçəkmiş şəxs və Şəxs övladları Hüseyn Hüseynovun və Nuranə Vəlişovanın evlənmək məqsədi ilə qaçmalarından sonra aralarında narazılıq olmuş və bu narazılıq X8 Vəlişovanı ailəsi ilə görüşməməsi və onların ailə işinə qarışmasını istəmədikdən sonra daha da artmışdır. xx.xx.2023-cü il tarixdə qızına baş çəkmək üçün gəlmiş Şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə düşmüşdür. Həmin mübahisə zamanı Şəxs qızı Nuranə Vəlişovanı özü ilə yaşadığı fərdi yaşayış evinə aparmaq istəyərkən Zərərçəkmiş şəxs ona mane olmaq istəmiş və onlar biri birinə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, lakin Şəxs və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti olduğundan barələrində inzibati tənbeh tədbiri tətbiq olunmasından ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Bu səbəbdən onlar barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qızı Nuranə Zərərçəkmiş şəxs oğlu Hüseyn tərəfindən qaçırılmışdır. Bununla bağlı tərəflər arasında narazlıq olmuş, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs evində olmuşdur. Bu zaman tərəflər arasında sözlə mübahisə olmuş, İbrahim onu vurmuş, o, isə özünü müdafiə etmək üçün ona əl atmışdır. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Hüseyn Hüseynov oğludur. Hüseyn istəkli olduqları üçün Şəxs qızı Nuranəni qaçırmışdır. Bununla bağlı tərəflər arasında narazlıq olmuş, xx.xx.2023-cü il tarixdə Şəxs onlara məxsus evə gələrək, onun və ailə üzvlərinin ünvanlarına nalayiq ifadələr işlətmiş, onun baş nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, ona ailə üzvləri məsələ ilə bağlı zəng etmişlər və o, hadisə yerinə getmişdir. Həyat yoldaşı Şəxs qolunda, sir-sifətində xəsarətlər olmuş, nə baş verdiyini ondan soruşmuş, Sevgül isə onu Zərərçəkmiş şəxs vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə yerində olmuşdur. Şəxs evin həyətinə daxil olmasına babası Zərərçəkmiş şəxs mane olarkən Sevgül şillə ilə babası İbrahimi vurmuşdur. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin TB toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/3862 nömrəli material uzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X6 X11 xx.xx.2024-cü il tarixli, 14 saylı məhəkəmə-tibbi müayinəsi barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs boynunun arxa hissəsində aşkar olunan sahələr sıyrığı sağaldıqdan sonrakı izi olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti mayinədən 11-15 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında işdə olan CD diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatı, CD diskdəki görüntü və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati tənbehini yüngülləşdirən hal onun 2 azyaşlı övladının olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar