Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-409/2025 14.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Şahid iştirakları ilə, xx.xx.1959-cu ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 14 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Boradigah PB-nin xidməti ərazisində xidmətdə olarkən Boradigah PB-nin məsul növbətçisi Cavid Süleymanov istifadəsində olan mobil telefona zəng edərək, Boradigah qəsəbə sakini Şahid DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat verərək münaqişə olmasını bildirməsi barədə məlumat vermişdir. Masallı rayon Boradigah qəsəbəsində xidmətdə olduqları üçün Boradigah PBnin sahə rəisi polis mayoru X4, sahənin polis nəfəri polis serjantı X3 ilə birlikdə Boradigah qəsəbə sakini Şahid yaşadığı ünvanda getmişlər. Şahid həyət qapısını açaraq onları həyətinə dəvət etmiş, həmin vaxt Şəxs Şahid hücum çəkərək polisə niyə xəbər verməsini bildirərək, onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Polis əməkdaşları ilə birlikdə onu nizam intizama dəvət etsələr də Şəxs əməllərindən əl çəkməyərək, onları da nalayiq ifadələrlə söyüb-təhqir etmişdir. Onun spirtli içkinin təsiri altında olduğunu hiss etmişlər və məcbur qalıb onu Boradigah PB-nə aparmaq qərarına gəlmişlər. Şəxs qolundan tutub aparmaq istədikləri zaman o, polis əməkdaşlarına müqavimət göstərmiş, küçədə maşına mindirərkən də onların (polis əməkdaşlarının) və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs polis şöbəsinə gətirilərək, ictimai qaydanı və polis əməkdaşlarına müqavimət göstərdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, həyat yoldaşı Şahid söydüyünü etiraf edir. Polis əməkdaşları ona zor tətbiq etdiyi üçün onlara söyüş söymüşdür. Əməlini etiraf edir, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarla razıdır. Barəsində qeyd olunanları təsdiq edir. Göstərilənləri nəzərə alaraq barəsində həbs növü ilə əlaqədar inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahid izahatında göstərdi ki, əri Şəxs mütəmadi olaraq evdə onunla münaqişə yaradır və o, artıq bu münaqişlərdən bezmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə içkili vəziyyətdə qonşuların eşidəcəyi tərzdə onu deyilişi mümkün olmayan ən ağır söyüşlərlə təhqir edərək vurmuşdur. Bundan sonra o, DİN 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları yaşadıqları ünvana gəlmişlər. Şəxs polis əməkdaşlarını gördükdən sonra onların ünvanına nalayiq ifadələr işlətmiş və tabesizlik göstərmişdir. Hazırda Şəxsla barışmamış, məhkəmədən onun barəsində həbslə əlaqədar tənbeh tədbirinin seçilməsini xahiş edir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkoltesterin nəticəsindən görünür ki, xx.xx.2024-cü tarixdə Şəxs 0,418 % promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün etirafı, zərərçəkmiş şəxsin izahatları habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisə qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən halı kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törədilməsi məsuliyyətini ağırlaşdıran halı kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azəraycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materillarında olan sənədlərdən göründüyü kimi Şəxs 65 yaşına çatmışdır. Belə olan halda onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-409/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-409/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver