Məhkəmə qərarları › İş №3(050)-410/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-410/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-410/2024 26.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxx 1976-cı ildə Masallı şəhərində doğulmuş, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 02 yanvar 2024-cü il tarixdə saat 14:00 radələrində idarə etdiyi “X9” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Masallı rayonu, Türkoba kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Masall rayonu, Türkoba kənd sakini Zərərçəkmiş şəxs sağlanmlığına yüngül bədən xəsarəti dəymişdir. X3 bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, o, xx.xx.2024-ci il tarixdə saat 14:00 radələrində özünə məxsus olan "Hunday Sonata minik" markalı **-AB-*** nömrə nişanlı avtomaşınla qardaşı X4 ilə birlikdə Masallı rayonu, Türkoba kəndindən Masallı rayonu, Boradigah qəsəbəsinə getmişdir. Masallı rayonu, Qəzvinoba kəndinin ərazisində Boradigah kəndi ərazisinə çatan zaman, Məkan restaranının yaxınlığında təxminən 60-70 km saatla avtomobili idarə etmişdir. Həmin zaman qarşısında Mersedes markalı və Vaz 21063 markalı **-BP-*** nömrə nişanlı avtomaşın qarşısında getmişdir. Həmin avtomobilləri keçmək istəyən zaman qarşıdan "Mersedes bens minik" markalı **-DG-*** nömrə nişanlı avtomaşın gəlmişdir. "Hunday Sonata minik" markalı **-AB-*** nömrə nişanlı avtomaşınını sağa sürmək istəyən zaman, Vaz 21063 markalı **-BP-*** nömrə nişanlı avtomaşının qabaq hissəsinə dəymişdir. Sürdüyü avtomobil sürüşüb gedib qarşıdan gələn Mersedes markalı avtomobilə dəymişdir. Avtomobillərin bir-birinə dəyməsi nəticəsində Mersedes markalı avtomobil yolun ortasında qalmışdır. Onun sürdüyü Hunday markalı avtomobil isə sürüşüb yolun kənar hissəsinə düşmüş və arxası qaz turbasına dəyib dayanmışdır. O qardaşı Bəhruz Nurullayev və həmin avtomobildə olan şəxslər əzildiyi üçün avtomobildən düşüb xəstəxanaya getmişlər. Hadisə yerinə polis əməkdaşaları gəlmişlər, onları polisə dəvət etmişlər. Hadisə onun səhvi ucbatından olmuşdur. O, Mersedes və VAZ2106 markalı avtomobilləri keçmək istəyən zaman hadisə baş vermişdir. Hazırda əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İşə əlavə olunmuş 29 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olmasına görə həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə RPŞ-nin DYPB-nə göndərilməsi, X5 və Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 təqsiri özünün səmimi etirafı, iş üzrə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, 29 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görəüç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X3 barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar