Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-413/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1967-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 29, mənzil 121-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə “Mersedes Benz” markalı, 99FH062 dövlət qeydiyyat nişanlı avtomaşını satacağını vəd edərək Zərərçəkmiş şəxs “E-manat” ödəmə sistemi vasitəsilə 500 manat pulu ələ keçirməklə xırda talama əməli törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, ona məxsus olmayan “Mersedes Benz” markalı, 99FH062 dövlət qeydiyyat nişanlı avtomaşını satmaq adı ilə internetə qoymuşdur. Bununla bağlı adını sonradan bildiyi Zərərçəkmiş şəxs ona zəng vuraraq həmin avtomaşını almaq istədiyini bildirmişdir. Oda Zərərçəkmiş şəxs maşinin İmişli rayonunda olduğunu gəlib baxa biləcəyini demişdir. Lakin maşını başqa şəxsə satmamaq üçün Zərərçəkmiş şəxs beh olaraq 500 manat istəmişdir. Zərərçəkmiş şəxs ilk öncə razı olmasa da sonradan razılaşmışdır və o, Zərərçəkmiş şəxs “E-manat” ödəmə sistemi vasitəsilə ona 500 manat pul göndərməsini demişdir. Lakin Zərərçəkmiş şəxs heç bir maşın satmamışdır. Çünki həmin avtomaşın ümumiyyətlə ona məxsus olmamışdır. Tutduğu əmələ görə peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəmişdir. Məhkəmədən ona qanunauyğun cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, avtomaşın almaq üçün xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə Turbo.az internet sosial şəbəkəsində avtomaşınlara baxan zaman Mercedes Benz markalı 99FH062 dövlət qeydiyyat nişanlı avtomaşın xoşuna gəlmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Turbo.az internet sosisal şəbəkəsində qeyd olunan ********** mobil nömrəyə zəng etmişdir. Həmin vaxt özünü İlham kimi təqdim edən şəxs cavab vermiş, X3 markalı 99FH062 dövlət qeydiyyat nişanlı avtomaşını hansı məbləğə satdığını soruşmuş, sonuncu ona əvvəl 12400 manata satdığını demiş, lakin həmin məbləğə İlham adlı şəxslə razılaşmadığı üçün sonunda İlhamla 11500 manata razılaşmış və sonuncu ona qabaqcadan 500 manat pulu Kapital banka məxsus olan hesab nömrəsinə köçürməsini demişdir. 20 dəqiqədən sonra İlham ********** mobil nömrədən ona zəng edib demişdir ki, ********** mobil nömrəsinə maşın üçün çox zənglər olunduğu üçün mən həmin nömrəni söndürəcəm və maşını internetdən götürəcəm, Kapital bankın hesabına pul köçürtmə, çün ki, oradan pul çıxırlar, pulu ********** mobil nömrəyə köçürt. Bu səbəbdən həmin gün saat 12:27 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən Cənub Market adlanan mağazada olan “e-Manat” ödəmə terminalın yanına yaxınlaşmış və terminalda olan Epulqabı ödənişləri hissəsinə daxil olmuş, bundan sonra Mpay hesab hissəsinə ********** rəqəmləri yazmış, həmin vaxt ad və soyad hissəsində İlham Məmmədov yazıları qeyd olunmuş, bundan sonra həmin ad və soyada 500 manat pulu köçürtmüşdür. Pulu köçürdəndən sonra ona bu barədə qəbz verilmiş və qəbzi götürmüşdür. Bundan sonra İlham adlı şəxsə 500 manat pulu köçürtməsini və avtomaşını almaq üçün artıq İmişli rayonu istiqamətdə hərəkətdə olduğunu demişdir. Cəlilabad rayonu ilə hərəkətdə olarkən ********** mobil nömrədən İlham adlı şəxs ona zəng etdiyini görüb zəngə cavab vermiş, həmin vaxt İlham ona demişdir ki, ayağım yandığı üçün Bərdə rayonun xəstəxanasında yardım aldım və hazırda İmişli rayonuna qayıdıram. Bu sözləri deyib zəngi söndürmüşdür. Artıq İmişli rayonuna çatıb İlham adlı şəxsin ********** və ********** mobil nömrələrinə zəng etməsinə baxmayaraq hər iki nömrələr operator tərəfindən söndürülmələri barədə məlumat vermişdir. Bundan sonra həmin şəxsin onu aldatdığını bilmişdir. Odur ki, bununla bağlı polis şöbəsinə müraciət etmişdir, araşdırma zamanı isə onu aldadan şəxsin Şəxs müəyyən edilmişdir. Həmçinin həmin maşının Şəxs olmadığıda müəyyən edilmişdir. Hazırda Şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbədən barəsində inzibati xəta törətmiş şəxsə qanunauyğun cəza verilməsini xahiş etdi. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Ramil Zeynalov tərəfindən 13 mart 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarından görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçıları X2 tərəfindən 03 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 12 mart 2023-cü il tarixli 007606 nömrəli protokoldan görünür ki, Şəxs 12 mart 2023-cü il tarixdə saat 01:50-də inzibati qaydada tutulmuşdur. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci madəsinə əsasən İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 12 mart 2023-cü il, saat 01:50-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-413/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-413/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver