Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-413/2025 17.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Masallı rayonu, Sarıcəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Sarıcəfərli kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Sarıcəfərli kəndi ərazisində olarkən Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış zamanı üzərində şəxsi istifadəsi üçün 1,598 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış zamanı Masallı rayonu, Sarıcəfərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan 1,598 qram narkotik vasitə aşkar edilərək götürülməsi faktına görə toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Göstərilən səbəblərdən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərdi ki, narkotik maddə istifadəçisidir. Üzərində aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı 10 manata tanımadığı şəxsdən əldə etmişdir. Hazırda tutduğu əməldən səmimi peşman olmuş, bir daha belə səhvə yol verməyəcəyinə söz verir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir; Məhkəmə Ekpsertiza Mərkəzinin Lənkəran regional Bölməsindən alınmış xx.xx.2024cü il tarixli 19/796 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə maddi sübut olaraq götürülüdü....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi:-1,598 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1,598 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 1,548 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 863 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş, Şəxs izahatında əməlindən peşman olduğunu bildirmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəxs əməli özünün etirafedici ifadəsi, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə əsasən götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə qeyd edir ki, Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,548 qram olan narkotik vasitə qurudulmuş marixuna qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 22:50 dəqiqədə tutulmuş, tutulmadan azad edilməsi barədə qərardan görünür ki, xx.xx.2024-ci il tarixdə saat 17:10-da tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, eləcədə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq yenidən üzərində narkotik vasitə aşkar olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs şübhəli şəxs kimi 26 dekabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) ay 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs şübhəli şəxs kimi 26 dekabr 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs cəzasına daxil edilməklə ondan çıxılsın və Şəxs üzərində qəti olaraq 1 (bir) ay 09 (doqquz) gün müddətə inzibati qaydada həbs saxlanılsın. İnzibati qaydada həbs etmənin əvvəli 17 fevral 2025-ci il tarixdən saat 18:20-dən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.548 qram narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova.
Məhkəmə qərarları › İş №3(050)-413/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-413/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver