Məhkəmə qərarları › İş №3(050)-422/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-422/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-422/2024 14.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Masallı rayonu Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 yanvar 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs 4-cü barmağını bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə spirtli içki olan pivə içib evinə getdiyi zaman yaşadığı evin qarşısında olan küçədə Sadayla rastlaşmışdır. Həmin vaxt Saday onu söymüşdür. O, isə Sadaya “get işinlə məşğul ol” demişdir. Bu zaman oraya Sadayın oğlu Rasim gəlmişdir. O, Rasimə atasını aparmasını demişdir. Daha sonra evinə getmişdir. Sadayla rastlaşdığı zaman onun əlində bıçaq olmamışdır. Əksinə Sadayın əlində bıçaq olmuşdur. O, Sadayı söyməmiş, onu vurmamış, əlini bıçaqla kəsməmişdir. İçki içdiyi üçün anası və atası ona irad bildirmişlər. Anası və atası mübahisə etdiyi zaman əsəbləşərək əlini pəncərənin şüşəsinə vurmuş, şüşə əlini kəsmişdir. Spirtli içki olan pivə çox içdiyi üçün olanları tam şəkildə xatırlamır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 6 - 7 yarısı olardı küçədə kiminsə söyüş söydüyünü eşitmişdir. Söyüş söyənin kim olduğunu öyrənmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxdığı zaman Heydərin sərxoş vəziyyətdə əlində bıçaq olduğunu görmüşdür. Bu zaman Heydər ona tərəf gəlmişdir. O, Heydərin gəldiyini görüb bir qədər arxaya çəkilmiş, hər dəfəsində çəkildikcə Heydərdə ona tərəf getmişdir. Sonda Heydərin üzərinə gəldiyini görüb əl atıb onun biləyindən tutmuşdur. Bu zaman Heydər əlindəki bıçağı sağa-sola fırlamış və bıçaq onun əlinə dəyərək əlini kəsmişdir. Sonra ora oğlu gəlmiş, Heydər ona “mən sənin atanı vurmağa gəlməmişəm, əmini vurmağa gəlmişəm” demişdir. Sonradan Heydərdən bıçağı almışlar. Daha sonra polisə şikayət etmişlər, bıçağıda polisə təqdim etmişlər. Barəsində inzibati xəta törətmiş şəxs Şəxsla barışmamışdır. Məhkəmədən qanunauyğun ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 30 saylı rəydə qeyd edilmişdir ki, vət. Zərərçəkmiş şəxs sol əlin İV barmağının kəsilmiş səthi yarası müəyyən olundu, müəyyən olunan xəsarət kəsici əşyanın təsirindən törənmişdir, bıçağın kəsici hissəsinin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 09 yanvar 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 06 fevral 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Tofiq Abıyev tərəfindən 14 fevral 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar