Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-424/2024 14.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X10 izahatında göstərdi ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan X3 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidməıti zəng mərkəzinə zəng edərək, həmin tarixdə saat 19 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində spirtli içki aludəçisi olan kürəkəni Şəxs yaşadıqları ünvana hücum çəkərək münaqişə yaratması və onu və ailə üzvlərini küçədə təhqir etməsi səbəbindən intihar etmək istəməsi barədə məlumat vermişdir. Həmçinin, X1 RPŞ-yə ərizə yazaraq intihar etmək kimi bir fikrinin olmadığını, kürəkəni Şəxs spirtli içki aludəçisi olması səbəbindən qızı Elnarə ilə aralarında dəfələrlə mübahisə baş verdiyini, Şəxs mütəmadi olaraq yaşadıqları ünvana gələrək küçədə onu və ailə üzvlərini təhqir etməsi səbəbindən DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat verdiyini bildirmiş və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində Şəxs aralarında ailə-məişət zəmnində münaqişənin olduğu arvadı X2 gətirmək üçün qayınatası Qaroğlan Baxşıyevin yaşadığı ünvana getdikdə Elnarə Duniyeva onunla birgə gəlmək istəməmiş, Şəxs bu səbəbdən küçədə ünvansız söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmiş və ictimai qaydanı pozmuşdur. Faktla bağlı araşdırma aparılmış, lakin nəticədə əməldə cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510cu maddəsinin tərkibi olduğunan qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Araşdırmanın nəticəsi olaraq Şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs qayınanasıdır. Ceyranın qızı Elnarə ilə ailə həyatı qurmuş, birgə nikahdan üç azyaşlı uşaqları vardır. Bir müddət mehriban yaşasalar da, lakin ailə münasibətlərindən irəli gələn narazılıqlar səbəbindən Elnarı ondan ayırılaraq valideynlərinin evində yaşayır. Dəfələrlə Elnarəyə evinə qayıtmasını xahiş etsə də, nəticəsi olmamış, valideynləri Elnarəyə imkan verməmişlər. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs evinə getmiş, məqsədi Elnarəni uşaqları ilə birlikdə öz evinə gətirmək olmuşdur. Lakin Elnarənin valideynləri onu evə buraxmamış, Elnarənin ər evinə geri qayıtmayacağını demişdilər. Həmin vaxt sərxoş olmuş, əsəbiləşdiyindən söyüş söymüşdür. Sonda Şəxs əməlindən əməlindən peşman olduğunu bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi, Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, onun heç kimlə düşmənçiliyi və ədavəti yoxdur. Şəxs kürəkənidir. Aqillə qızı Elnarənin üç övladları vardır. Aqil spirtli içki aludəçisidir, dəfələrlə onun və ailə üzvləri ilə münaqişə yaratmış, onu və ailəsini təhqir edərək qəsəbə sakinləri arasında rüsvay etmişdir. X11 ayrı onların evində yaşayır. X12 yaşamaq istəmir, Aqildən boşanmaq istəyir, Elnarə də dəfələrlə Masallı RPŞyə Aqilin spirtli içki qəbul edərək mübahisə yaratması barədə məlumat vermişdir Aqil dəfələrlə yaşadığı ünvana hücum çəkərək küçədə onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yaşadıqları ünvanda olarkən Aqilin gələcəyini qabaqcadan bilib darvazanı kilidləmişdir. Həmin vaxt Aqil darvazanın önündə küçədə durub ünvansız söyüşlər söyərək, onu və ailə üzvlərini təhqir etmiş, onları hədələmişdir. Bu səbəbdən DİN-nin 102 xidmətinə Şəxs barəsində şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs həbs edilməsini xahiş etdi. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin TB toplanmış materiallar uzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəs ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X10 tərəfindən xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs əməli özünün etirafedici izahatı, protokolu tərtib etmiş şəxin və zərərçəkmiş şəxsin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində 3 azyaşlı uşağının olması inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-424/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-424/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver