Məhkəmə qərarları › İş №3(050)-425/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-425/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-425/2024 15.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Masallı rayonu Təklə kəndində doğulmuş, Masallı rayonu Sığıncaq kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-903/2020 saylı, 04 may 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 06 iyul 2014-cü il təvəllüdlü X3 və 19 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində hər ay bir uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 manat aliment tutularaq X2 ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-251/2023 saylı, 18 yanvar 2023-ci il tarixli icra sənədinə əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(050)-903/2020 saylı qətnaməsi ilə cavabdeh Şəxs 06 iyul 2014-cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulması qət edilən hər ay hər uşağa görə tutulan alimentin miqdarı hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat müəyyən edilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-903/2020 saylı, 04 may 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 06 iyul 2014-cü il təvəllüdlü X3 və 19 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində hər ay bir uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 manat aliment tutularaq X2 ödənilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-251/2023 saylı, 18 yanvar 2023-ci il tarixli icra sənədinə əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli 2(050)-903/2020 saylı qətnaməsi ilə cavabdeh Şəxs 06 iyul 2014-cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulması qət edilən hər ay hər uşağa görə tutulan alimentin miqdarı hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat müəyyən edilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclunun icra sənədi üzrə 1725 manat ödənilməmiş borcu vardır. Borclu əvvəllər ödəniş etmiş olsa da, sonradan ödənişləri edə bilməmişdir. Deməsinə görə əvvəllər işləyərək qazanc əldə etdiyindən ödənişləri vaxtı-vaxtında etmiş, lakin sonradan işdən çıxdığı üçün ödənişləri vaxtında edə bilməmişdir. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, əvvəllər anbardar işləmiş və yaranmış aliment borcunu vaxtında ödəmişdir. Sonradan işdən çıxdığı üçün alimenti vaxtında ödəyə bilməmişdir. Hazırda rəsmi olaraq işi yeri yoxdur. Fəhləlik edərək dolanır və iş olduqca qazanc əldə edə bilir. İmkansızlıqdan yaranmış borcunu tam şəkildə ödəyə bilməmişdir. xx.xx.2024-cü il tarixdə 150 manat ödəniş etmişdir. Hazırdada 450 manat ödəmək iqtidarındadır. Qalan borcunuda iki ay müddətində tam şəkildə ödəyəcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, məhkəmənin müvafiq icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 340 (üç yüz qırx) manat məbləğində aliment ödənilməlidir. Lakin borclu 2022-ci ilin noyabr ayından borcunu mütəmadi olaraq ödəməmişdir. Bir ay ödəniş etmiş bir neçə ay ödəməmişdir. xx.xx.2024-cü ildə 150 manat ödəmişdir. Hazırdada məhkəmə zalında ona 450 manat ödəmişdir. Borcludan borcunu tam şəkildə ödəməsini tələb edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar