Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-426/2023 14.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1994-cü ildə Masallı rayonu, Hüseynhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonu, Hüseynhacılı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Şəxs Masallı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(050)-1035/2020 nömrəli icra sənədi üzrə icra tələbini üzürlü səbəb olmadan icra etməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(050)- 1035/2020 nömrəli icra sənədinə əsasən ondan 52810 manat məbləğində maddi ziyan, 1000 manat mənəvi ziyan, 310 manat məhkəmə xərci və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X4 verilməlidir. Hazırda icra sənədi üzrə 54150 manat məbləğində borcu vardır. Hazırda borcundan ödəniş etmədiyini bildirmişdir. Borcunu ödəməməsi üçün üzürlü səbəbi yoxdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Masallı rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(050)-1035/2020 nömrəli icra sənədinə əsasən Şəxs 52810 manat məbləğində maddi ziyan, 1000 manat mənəvi ziyan, 310 manat məhkəmə xərci və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X4 verilməlidir. Borcunu ödəməməsi üçün üzürlü səbəbi yoxdur. Borclu Şəxs üzürlü səbəb olmadan icra sənədi yaramış 54150 manat məbləğində borcundan ödəniş etməmişdir. Belə ki, icra sənədi icraatına daxil olduqdan sonra bir sıra icra hərəkətləri aparılmış, borclu Şəxs barəsində əmlak vəziyyətinin yoxlanılması və gəlirlərinin olub olmaması barədə aidiyyatı orqanlara sorğular göndərilmişdir. Bundan başqa Şəxs yaşadığı ünvana icra şöbəsi tərəfindən dəfələrlə bildiriş göndərilmiş, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin Şəxs borcundan ödəniş etməmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Masallı rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(050)-1035/2020 nömrəli icra sənədinə əsasən Şəxs 52810 manat məbləğində maddi ziyan, 1000 manat mənəvi ziyan, 310 manat məhkəmə xərci və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq ona verilməlidir. Hazırda icra sənədi üzrə 54150 manat məbləğində borcu yaranmışdır. Lakin borclu 54150 manat borcundan ödəniş etməmişdir. Odur ki, borcunu tələb edir və borcun ödənilmədiyi tədqirdə ona qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həbs edilməsini istəmir. Məhkəmə iclasında dindirilmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli onun özünün səmimi etirafı ilə yanaşı, icra məmuru X2 və zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatından, habelə işə əlavə edilmiş inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzasının tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-426/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-426/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver