Məhkəmə qərarları › İş №3(050)-427/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-427/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-427/2023 14.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Masallı rayonu, Mololon kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Mololon kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsinin X5 daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Mololon kəndində arvadı X6 döşəmə silən taxta ilə əlinə vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi X7 məhkəmə iclasında göstərdi ki, Masallı rayonu, Mololon kəndində yaşayan X3 ərinin onu döyməsi, təhqir etməsi, onları öldürməklə hədələməsi və evdən çxarması, əşyalarını verməməsi barədə xx.xx.2023-cü il tarixdə DİNnin “102” xidmətinə verdiyi məlumat icraatına daxil olmuş, eyni zamanda X10 həmin tarixdə Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Masallı rayonu, Mololon kəndi ərazisində yerləşən fərdi yaşayış evində əri Şəxs tərəfindən söyülüb təhqir olynaraq döydüyünü göstərmişdir. Aparılmış araşdrmsa zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Masallı rayonu, Mololon kəndində yaşadığı evdə Şəxs ilə aravdı X10 arasında ailə münasibətləri zəminində yaranmış, mübahisə zamanı Şəxs Afaq Quliyevanı döyərək, qəsdən onun sağ əlin ovuc hissəsinin və sağ əlin İİİ barmağ nahiyəsinin sıyrığı ilə nəticlənən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetimişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin Boradigah PB-nə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X10 onun arvadıdır, onunla 2004-cü ildə ailə qurmuş, birgə nikahdan 2 övladı var. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində yaşadığı Masallı rayonu, Mololon kəndi ərazisində yerləşən fərdi yaşayış evində olduğu zaman aravadı Afaq Quliyevaya sosial yardım almaq məqsədi ilə atasına məxsus olan və arvadı Afaq Quliyevanın adına olan paybəlli torpaq sahəsinin FİN kodunu sonuncudan istədiyi zaman aralarında ailə münasibətləri zəmnində mübahisə yaranmışdır. Aralarında yaranmış mübahisə zamanı arvadı Afaq Quliyeva özünə məxsus olan paybəlli torpaq sənədinin FİN kodunu ona verməyəcəyini bildirmişdir. Afaq Quliyeva onunla sözlə mübahisə etməyə davam etmişdir. Aralarında yaranmış mübahisə zamanı arvadı Afaq Quliyevanın onu söyüb təhqir edərək, az yaşlı qızını və ona məxsus olan bir çox sənədlərini götürərək, Masallı rayonu, Şatıroba kəndində yaşayan qayınatası Cümşüd Quliyevin yaşadığı evə getmişdir. Aralarında sözlə mübahisə olmuşdur. Aralarında ailə münasibətləri zəmnində yaranmış mübahisə 3-5 dəqiqə davam etmişdir. X13 döyməmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, Masallı rayonu, Mololon kəndində ailəsi ilə birlikdə yaşayır. Şəxs onun əridir. Şəxs ilə 2003-cü ildə ailə qurmuş, birgə nikahdan 2 övladları var. xx.xx.2023-cü il tarixdə yaşadığı Masallı rayonu, Mololon kəndi ərazisində yerləşən fərdi yaşayış evində olduğu zaman əri Şəxs onunla ailə münasibətləri zərrinində mübahisə etmişdir. Həmin tarixdə əri Şəxs onun atasına məxsus olan paybəlli torpaq sahəsini satıb pulunun ona verməsini ondan tələb etmişdir. Həmin tarixdə əri Şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu onu söyüb təhqir edərək, öldürmək hədəsi ilə hədələyərək, yaşadıqları evdə taxta materialından hazırlanmış polsilən taxta ilə onun sağ biləng və sağ əlinin ovuc hissəsinə və baş nahiyəsinə vuraraq onu döymüşdür. Həmin tarixdə əri Şəxs onu yaşadıqları evdə döydüyü zaman orada xx.xx.2007-ci il təvəllüdlü oğlu X8 onunla birlikdə olmuşdur. Aralarında baş vermiş mübahisənin və əri Şəxs onu döyməsi 5-10 dəqiqə davam etmişdir. Sonda Zərərçəkmiş şəxs Şəxs qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında Masallı RPŞ-də toplanmış xx.xx.2023-cü il tarixli, HK 2/03 nömrəli və xx.xx.2023-cü il tarixli, HK-1/56 nömrəli materiallar uzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməs üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X9 X15 məhkəmə tibbi ekspertinin xx.xx.2023-cü il tarixli, 106 saylı rəyindən görünür ki, X1 əlin ovuc hissəsinin və sağ əlin İİİ barmağının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir,taxta parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan 8-10 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Mololon kəndində arvadı X6 döşəmə silən taxta ilə əlinə vuraraq sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X3 döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların birbiri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar