Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-428/2023 27.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, xx xxxx 1993-cü ildə Masallı rayonu Bədəlan kəndində doğulmuş, Masallı rayonu Bədəlan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon icra və Probasiya Şöbəsinin icra məmuru Qönçə Süleymanlının inzibati xəta haqqında protokoluna açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Masallı Rayon icra və Probasiya Şöbəsi MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla müraciət edərək Şəxs Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli icra sənədini tam təmin etmədiyini qeyd etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, Masallı Rayon icra və Probasiya Şöbəsinin rəisi Şölət Şahverdiyev xx.xx.2023-cü il tarixdə məhkəməyə məktub göndərərək protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Masallı Rayon icra və Probasiya Şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-428/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-428/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver