Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-430/2023 15.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1979-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-222/2021 saylı, 29 oktyabr 2021-cü il tarixli icra sənədinə əsasən mərhum X2 icarəyə verilmiş və Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinin şərq hissəsində özbaşına tutulmuş 0.16 ha torpaq sahəsindən Şəxs çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin Şəxs hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-222/2021 saylı, 29 oktyabr 2021-cü il tarixli icra sənədinə əsasən mərhum X2 icarəyə verilmiş və Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinin şərq hissəsində özbaşına tutulmuş 0.16 ha torpaq sahəsindən Şəxs çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin Şəxs hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilməsi ilə bağlı zəruri tədbirlər görülmüş və icra iş həmin günə təyin edilmiş, icra vəziyyəti ilə bağlı əraziyə getmişlər, lakin borclu icra hərəkətlərinin aparılmasına maneçilik törətmişdir. Bu səbəbdəndə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcədə icraya möhlət verilməsi ilə bağlı borclu ərizə ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə borclunun icraya möhlət verilməsi ilə bağlı ərizəsini təmin edilməmişdir. Həmçinin borclu tərəfindən icra məmuruna edilmiş etiraz icra və probasiya şöbəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan borclu tərəfindən məhkəməyə şikayət ərizəsi verilmiş və həmin şikayət ərizəsidə məhkəmə tərəfindən təmin edilməmişdir. Borclu icra məmuruna verilmiş etirazın təmin edilməməsi ilə bağlı məhkəməyə şikayət verməsi nəzərə alınaraq icra işinin icraatı dayandırılmışdır. Lakin borclunun şikayəti təmin olunmadığı üçün icra hərəkətləri davam etdirilmişdir. Eləcədə borclu icra məmurunun hərəkətlərindən Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin qanunvericiliyə əsasən həmin iddia ərizəsi icra hərəkətlərinin dayandırılmasına əsas deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq sənədinə əsasən mərhum X2 icarəyə verilmiş və Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinin şərq hissəsində özbaşına tutulmuş 0.16 ha torpaq sahəsindən Şəxs çıxarılması və həmin ərazidə inşa edilmiş tikilinin Şəxs hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Lakin icra şöbəsi tərəfindən icra sənədinin icrasına möhlət verilmişdir. Oda öz növbəsində icra məmurunun hərəkətlərindən iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir və həmin işə baxılması ilə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Lakin bütün bunlara baxmayaraq icra məmurları icra sənədinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə torpaq sahəsinə baxış keçirməyə gəlmişlər. Lakin o, icra məmurlarına icra hərəkətlərinin keçirilməsi ilə bağlı heç bir maneçilik törətməmişdir. Sadəcə icra məmurlarına məhkəməyə müraciət etdiyini və məhkəmə prosesinin xx.xx.2023-cü il tarixə təyin edildiyini, məhkəmə bitdikdən yekun məhkəmə aktı çıxdıqdan sonra gəlib icra hərəkətlərini davam etdirə biləcəklərini bildirmişdir. Eləcədə torpaq mübahisəsi ilə bağlı qəbul edilmiş qətnamədən (qərardan) Ali Məhkəmənin Plenumuna müraciət etdiyini də bildirmişdir. Həmçinin icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından məhkəməyə şikayət etdiyini, lakin məhkəmə qərarının bu günədək ona gəlib çatmadığınıda bildirmişdir. İcra məmurları icra hərəkətlərini dayandırmalarına baxmayaraq bu gün gəlib icra hərəkətlərinə davam etdirirlər. Həmçinin icra işi Habil İsmayılovun icraatında olmasına baxmayaraq icra ilə bağlı əraziyə başqa icra məmurları gəlmişdir. Eləcədə icra şöbəsi tərəfindən icra işi onun Şirvan İnzibati Məhkəməsinə etdiyi müraciətlə bağlı dayandırıldığı dayandırma qərarında qeyd olunmasına baxmayaraq, həmin iddia tələbinə baxılıb qurtarmadan icra məmuru icra işini davam etdirmək üçün əraziyə gəlmişdir. Bununla da icra məmuru özləri qəbul etdikləri qərarın tələblərini pozmuşdur. İcra işinində Şirvan İnzibati Məhkəməsində işə baxılıb qutardıqdan sonra davam etdirilməsinə etirazı yoxdur. Odur ki, göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 8(050)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)- 222/2021 saylı, 29 oktyabr 2021-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 8(050)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)- 222/2021 saylı, 29 oktyabr 2021-cü il tarixli icra sənədi üzrə qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 8(050)-65/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra məmuruna etirazın təmin olunmaması haqqında qərarında vermiş olduğu şikayəti təmin edilməmişdir. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-430/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-430/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver