Məhkəmə qərarları › İş №3(050)-432/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-432/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-432/2023 30.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Masallı rayonu, Dəmbəlov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 03 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində Masallı-Yardımlı yolunun Masallı ərazisindən keçən 11-ci km-də şəxsi təsərrüfatında olan 2 baş iri buynuzlu camışı yolda nəzarətsiz qoymuş, heyvanlar asfalt örtüklü yola çıxmış, nəticədə Masallı rayonu, Qəriblər kəndi istiqamətindən Şıxlar kəndi istiqamətində hərəkətdə olan “UAZ-31512” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X1 idarə etdiyi avtomaşınla 2 baş iribuynuzlu camışı vurmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, təsərrüfatında 30 baş iri buyunuzlu camışı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində təsərrüfatında olan 2 baş camışı örüş sahəsinə ötürmüş, lakin işi olduğundan camışları örüş sahəsindən evə qaytarmaq məqsədi ilə qarşısına çıxmağa imkanı olmamışdır. Bu səbəbdən camışlar yolda sahibsiz və nəzarətsiz qalmış, nəticədə 2 baş camışını Şıxlar kəndinin aşağı hissəsindən Qəriblər kəndinə, yolun sağ hissəsi ilə geri qayıdan zaman qarşı tərəfdən gələn, yəni Qəriblər kəndindən Şıxlar kənd istiqamətində hərəkətdə olan həmin kənd sakini X1 idarə etdiyi “UAZ-31512” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı vurmuşdur. Onda belə bir fikir yaranmışdır ki, Xalid Fərəcov avtomobili yüksək sürətlə idarə edirmiş. Buna görə də idarəetməni itirən Xalid Fərəcov əks yola çıxmış və ona məxsus camışları avtomaşınla vuraraq öldürmüş, nəticədə ona maddi ziyan dəymişdir. Qarşı tərəfə 890 manat məbləğində ziyan dəyməsi həqiqəti əks etdirmir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş; 01 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protoldan görünür ki, Şəxs 03 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində Masallı-Yardımlı yolunun Masallı ərazisindən keçən 11-ci km-də şəxsi təsərrüfatında olan 2 baş iribuynuzlu camışı yolda nəzarətsiz qoymuş, heyvanlar asfalt örtüklü yola çıxmış, nəticədə Masallı rayonu, Qəriblər kəndi istiqamətindən Şıxlar kəndi istiqamətində hərəkətdə olan “UAZ-31512” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X1 idarə etdiyi avtomaşınla 2 baş iribuynuzlu camışı vurmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli 01 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs 01 mart 2023-cü il tarixli, İXP ******* saylı iznibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Tərəflərə inzibati xəta nəticəsində dəymiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək barədə hüquqları izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar