Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-433/2023 10.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxxxx 1996-cı ildə Yardımlı rayonu, Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 00:30 radələrində idarə etdiyi avtomaşınla hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq yolun kənarı ilə hərəkətdə olan piyada X2 vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X3 yüngül bədən xəsarəti almışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olmaqla yaşayır. 17 yanvar 2023-cü ildə dostu Eminlə Masallı rayonuna gəlmişlər. Eminin halı pisləşdiyindən ona Masallı RMX-də sistem köçürmüşlər. Emin özünə məxsus “Volksvagen Passat” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili halı pis olduğundan idarə edə bilmədiyindən maşını o, idartə etməyə başlamışdır. Xəstəxanadan çıxaraq, Z.Əliyeva prospektindən Bakı prospekti istiqamətinə hərəkət etmişdir. Bu zaman yolun kənarı ilə hərəkətdə olan velosipedçi ziqzaqvari hərəkətlər edərək yolun sol tərəfindən sağ tərəfinə keçmək istəmiş, həmin vaxt avtomobili sağ tərəf istiqamətləndirdikdə, o, hərəkətini saxlayıb, yenidən sağ tərəf keçmək istəmişdir. Həmin vaxt əyləci basaraq avtomobili dayandırmağa cəhd etsə də avtomobili saxlaya bilməmiş və velosipedçini vurmuşdur. O, maşından düşüb Eminlə ona kömək etmiş, daha sonra polis əməkdaşları gəlmiş, bundan sonra onu Masallı RMX-na aparmışlar. Bundan sonra həmin şəxsin Röyal Bağışov olduğunu bilmişdir. Röyalın müalicəsinə köməklik göstərmiş, həmçinin ona yeni velosiped almışdır. Hazırda özünü təqsirli bilir, əməlindən səmimi peşmandır və barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, Füzuli küçəsində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində yaşadığı Masallı şəhəri Füzuli küçəsindən çıxaraq özünə məxsus velosipedlə Masallı şəhəri Z.Əliyeva küçəsi ilə hərəkət etməyə başlamışdır. Həmin vaxt Z.Əliyeva küçəsində yaşayan dostunun evinə getdiyi zaman o, Masallı şəhəri Z.Əliyeva küçəsində üzü Masallı şəhəri Bakı prospekti istiqamətində qarşıdan gələn avtomobilləri görə bilmədiyi üçün yolun sol hərəkət hissəsi ilə hərəkətdə olduğu vaxt arxa tərəfdən onunla eyni istiqamətdə avtomobilin gəldiyinə fikir vermədən yolun sağ ehtiyat hissəsinə keçmək istəyən zaman Bakı prospekti istiqaməti ilə hərəkətdə olan avtomobilin sürücüsü avtomobilin sol ön hissəsi ilə onu vurmuşdur. O, həmin vaxt velosipedindən yerə yıxılmışdır. Həmin vaxt o, başından və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Daha sonra hadisə yerinə gələn təcili yardım avtomobili ilə onu Masallı RMX-na aparmışlar. Orada ona tibbi yardım göstərilmişdir. Ordada ona məlum olmuşdur ki, onu avtomobili ilə vuran şəxs Yardımlı rayon sakini Şəxsdur. Hadisə nəticəsində 1500 manata aldığı velosiped də zədələnmişdir. Şəxs hadisədən sonra onun müalicə xərcini qismən ödəməklə yanaşı ona yeni velosiped almışdır. Lakin hesb edir ki, hadisə barəsində RPŞ-də düzgün araşdırma aparılmamışdır. Onun xəsarətləri daha ciddidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokollarla, cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarlara, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinəəsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi nəzərər alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması cəzasının tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs (06 mart 2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Ağcabədi 6 saylı RQİ və TBŞ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədlik edən:Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-433/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-433/2023
10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver