Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-433/2025 19.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X5, Zərərçəkmiş şəxsin (icra sənədi üzrə tələbkar) nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Rusiya Federasiyası Volqaqrad vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1063/2024 saylı icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(050)- 4476/2016 saylı qətnaməsi ilə 08 may 2012-ci il təvəllüdlü X3 və 29 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment müəyyən edilsin və həmin məbləğ cavabdeh Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub Zərərçəkmiş şəxs verilməlidir. Borclu yuxarıda qeyd edilmiş icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəblərə görə icra etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu X9 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1063/2024 saylı icra sənədi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Həmin icra sənədləri üzrə borclu barəsində inzibati qaydada protokol tərtib edilənədək bütün lazımi icra tədbirləri görülmüş, lakin heç bir nəticəsi olmamışdır. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmişdir. Bundan başqa borcluya icra sənədləri üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrasına dair bildiriş göndərilmiş, tərəfdən izahatı alınmış və icra tələbinin icra edilməsi barədə onunla söhbət aparılmışdır. Lakin borclu indiyədək icra sənədi üzrə üzərinə düşən öhdəlikləri vaxtı vaxtında icra etməmişdir. Odur ki, borclu barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1063/2024 saylı icra sənədindən məlumatlıdır. Hal-hazırda yarnamış aliment borcundan 300 manat ödəniş edə bilər. Hazırda borcunu tam ödəmək iqtidarında deyildir. Ona 3 ay vaxt verilərsə işləməklə aliment borcunu tam şəkildə ödəyəcəyinə söz verir. Bundan başqa o ikinci dəfə qeyri rəsmi ailə həyatı qurmuş, evlilikdən bir uşağı var, hazırkı ailəsini saxlanılması üçündə maddi vəsait tələb olunur. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi Zərərçəkmiş şəxsin (icra sənədi üzrə tələbkar) nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1063/2024- 007 saylı icra sənədinə əsasən 08 may 2012-ci il təvəllüdlü X3 və 29 iyul 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmir. Borclu usta işləyir, gəliri ona kifayət qədər imkan verir ki, aliment borcunu vaxtıvaxtında ödəyə bilsin. Hazırda aliment borcunu tam şəkildə tələb edir. Ona veriləcək 300 manatı qəbul etməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq borclu barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcraata başlamaq haqqında qərarlardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1063/2024 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 19 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Quliyev X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1063/2024 saylı icra sənədini icrası tam təmin etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarış edilməsi haqqında qərardan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Elektron çıxarışdan xx.xx.2024-cü il tarixli X1 atası Şəxsdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətinin yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, eləcədə icra sənədində göstərilən övladlarından başqa da bir nəfər azyaşlı övladının olmasını, həmçinin borcundan 300 manat ödəniş etmək istəməsini, lakin tələbkarın nümayəndəsinin bundan imtina etməsini nəzərə alaraq İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-433/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-433/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver