Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-434/2025 11.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Masallı rayon X3 Yol polisi bölməsi yol patrul xidməti inspektoru polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 13 fevral 2025-ci il tarixdə saat 01:15 radələrində Masallı rayonu ərazisində “CHEVROLET MALİBU MİNİK ” markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək bildirdi ki, 13 fevral 2025-ci il tarixdə etibarnamə ilə ona məxsus maşını idarə edən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bir qədər sorğu-sual etdikdən sonra polis əməkdaşları onu alkotestr müayinəsinə dəvət etmiş, müayinə edildikdən sonra polis əməkdaşları sərxoşluq dərəcəsinin aşkar edilmədiyini və buna görə də alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısında “nəticə ilə razıyam” qeydi aparmasını bildirmiş, o da həmin qeydi apardıqdan sonra polis əməkdaşı yenidən ona kağız daşıcıya “1 bakal pivə içmişəm” qeydi etməsini və imzasını çəkməsini demiş, o, içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etmədiyini və buna görə də etirafedici qeydiyyat aparılmasından imtina etmişdir. O, polis əməkdaşlarına sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün həkim müayinəsinə aparılmasını bildirsə də, aparılmamışdır. Özü həmin gün Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında sərxoşluq testindən keçmiş və ayıq olduğu qeyd olunmuşdur. O, xx.xx.2025-cü il tarixdə saat 01:15 radələrində saxlanılmışdır. O, bir gün qabaq 2 bakal pivə içmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış iş üzrə icraata xitam veriməsini xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Masallı rayonu, H.Əliyev prospekti ərazisində “CHEVROLET MALİBU ” markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılmış üzərindən spirtli içki iyi gəlmiş, o müayinə olunmuş və sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Daha sonra Şəxs barəsində müəyyən sənədləşdirmə aparılmış və baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 fevral 2025-ci il tarixdə saat 01:15 radələrində Masallı rayonu ərazisində “CHEVROLET MALİBU ” markalı, **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli alkotesterin nəticəsindən əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 0,418% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağızdaşıyıcıda Şəxs tərəfindən “nəticə ilə razıyam” qeydi aparılmış və imza etmişdir. xx.xx.2025-ci il tarixli, 000215 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs şəxsi təşəbbüsü ilə tibbi müayinədən keçmiş, müayinə alkotesterlə aparılmış və rəydə “ayıqdır” qeydi aparılmışdır. İş materiallarında olan polis əməkdaşı tərəfindən aparılmış videoçəkilişə Şəxs iştirakı ilə onun etirazı olmadan baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarına dünən saat 9-10 radələrində 2 bakal pivə içdiyini etiraf etmişdir. Bundan başqa videogörüntüdə Şəxs alkotestrdən müayinə etdirilməsi görünsə də həmin alkotestrin nəticəsi ilə bağlı hər hansı söhbət aparılmadığı müəyyən olunur. Məhkəmə iş materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir (bənd 3.3). Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir (bənd 3.6). İş materiallarında da görünüdüyü kimi, Şəxs xx.xx.2025-ci il tarixdə alkoltester müayinəsindən keçirildikdən sonra onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilməsi qeyd edilsə də, lakin sonuncu alkotestrin nəticəsi ilə razı olmadığı üçün həkim müayinəsinə göndərilməsini xahiş etsə də, aparılmamışdır. Bundan sonra şəxs öz təşəbbüsü ilə həmin tarixdə saat xx.xx.2025-ci il tarixdə saat 02:26-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Nakoloji Xəstəxanasında tibbi müayinədən keçmiş, xx.xx.2025-ci il tarixli, 000215 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən alkotesterlə aparılan müayinə və rəydə ayıq olması və alkoqol sərxoşluğu əlamətinin olmaması təsdiqlənmiş, hansı ki, qeyd olunan akt xx.xx.2025-ci il tarixdə saat 01:15-də aparılmış alkoltesr mayinəsinin nəticəsini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında Şəxs alkoqollu içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübut yoxdur. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsində göstərilri ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. “Yol-patrul xidməti haqqında” Təlimatın 8.17 bəndində qeyd olunur ki, Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. İş materiallarından da göründüyü kimi xx.xx.2025-ci il tarixli saat 02:26 radələrində aparılan rəyin cavabına görə Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:26-da alkoltester müayinəsinə təqdim edilərkən alkoqol sərxoşluğunda olmamışdır. Hansı ki, Şəxs həmin alkoltesterin nəticəsinə etirazını bildirməklə əlavə həkim müayinəsinə təqdim edilməsini tələb etsə də, səlahiyyətli şəxs tərəfindən təmin edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın nümayəndəsi isə şəxsin təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilmir. Lakin sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, əməldə inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-434/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-434/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver