Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-436/2023 27.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X6 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati tənbehvermə haqqında 02 mart 2023-cü il tarixli, 00100/00581 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin 02 mart 2023-cü il tarixli, 00100/00581 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 şikayətində bildirmişdir ki, baş vermiş hadisələr barədə məlumat verərək qeyd etmişdir ki, 2017-ci ildə Qazaxıstanda yaşayan tanışı ilə arasında olan razılığa əsasən diri heyvan-at göndərəcəyini, bunun müqabilində dostu ona 6300 ABŞ dolları ödəcəyi barədə razılığa gəlmişlər. Həmin heyvanlar tərəfındən Qazaxıstana göndərilsə də, lakin həmin şəxs tərəfındən verilən malların pulu ona qaytarılmamışdır (bu barədə rəsmi ərizə ilə Bakı Baş Gömrük İdarəsinə məlumat vermişdir) və hazırki vaxtadək ödənişin edilməsindən yayınmışdır. Ondan asılı olmayan bu səbəbdən vəsaitin qaytarılması mümkün olmamışdır. Bununla bağlı Bakı Baş Gömrük İdarəsinə barəsində protokolun tərtib edilməsinə yazılı şəkildə etiraz yazs da, həmin etirazına əhəmiyyət verilməmişdir. Hesab edir ki, təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi qanunsuz və əsassızdır. Odur ki, qeyd edilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 02 mart 2023-cü il tarixli 00100/00581 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın milli valyutada ifadə olunan dəyərinin, yəni 10711 manatın 50 (alli) % həddində, yəni 5355.5 (beş min üç yüz əlli beş manat əlli qəpik) manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 02 mart 2023-cü il tarixli 00100/00581 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir, ona görə də 02 mart 2023-cü il tarixli 00100/00581 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab olunmaqla qüvvədə saxlanılmalı və şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş 02 mart 2023-cü il tarixli 00100/00581 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-436/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-436/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver