Məhkəmə qərarları › İş №3(050)-437/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-437/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-437/2024 16.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2 X3 Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 19 aprel 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə baxaraq məhkəmə, müəyyən etdi: X5 şikayət formasında məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin polis baş leytenantı X1 tərtib etdiyi 19 aprel 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan və qərardan şikayət verilməsi üçün müddət ötürüldüyü üçün geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan görünür ki, X5 barəsində 19 aprel 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarından X5 qərarın surətini hansı tarixdə almasını tısdiq edən hər hansı sübutu təqdim etməmişdir. Lakin həmin qərardan şikayət 15 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da X5 tərəfindən həmin qərardan şikayət verilməsi üçün müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ vardır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 19 aprel 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar