Məhkəmə qərarları › İş №3(050)-454/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-454/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-454/2024 19.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Masallı rayonu, Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 20163” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Masallı rayonu, Qızılavar kəndi ərazisində Masallı şəhəri istiqamətində yolun sol hissəsindən hərəkətə başlamaqla əks istiqamətdən geriyə manevr etmək istəyərkən arxadan gələn Masallı rayonu, Qızılavar kənd sakini X1 idarə etdiyi “Mercedes Benz” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla onunla toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Protokolu tərtib etmiş polis kapitanı X3 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 20163” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Masallı rayonu, Qızılavar kəndi ərazisində Masallı şəhəri istiqamətində yolun sol hissəsindən hərəkətə başlamaqla əks istiqamətdən geriyə manevr etmək istəyərkən arxadan gələn Masallı rayonu, Qızılavar kənd sakini X1 idarə etdiyi “Mercedes Benz” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla onunla toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı araşdırma aparılmış, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinin tərkibi olduğu üçün inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, “VAZ 20163” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir, lakin həmin avtomaşını idarə etmək üçün sürücülük hüququ yoxdur. xx.xx.2024cü il tarixdə saat 10:30 radələrində Masallı rayonu, Qızılavar kəndi ərazisində Masallı şəhəri istiqamətində idarə etdiyi avtomobili yolun sol hissəindən hərəkətə başlayıb əks istiqamətdən geriyə manevr etmək istəyərkən arxadan onunla eyni istqamtdə hərəkətdə olan həmkəndlisi X1 idarə etdiyi “Mercedes Benz” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmaqla həmin avtomobillə toqquşmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Sonda H.G.Quıliyev əməlindən peşman olmasını, qarşı tərəfə dəymiş ziyanın ödənilməsini, qarşı tərəfin ondan şikayətinin olmamasını nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən məhkəmə icasınının onun iştirak olmadan keçirilməsini xahiş etmiş, ona dəymiş ziyanın ödənilməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmadığını, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, seriya, İXP, ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. 027550 saylı vəsiqənin surətindən görünür ki, Şəxs ikinci dərəcəli əlildir. “VAZ” avtoservis TXS tərəfindən təqdim edilmiş 16.02.204-cü il tarixli, 1868-saylı arayışdan görünür ki, “Mercedes Benz” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobiliə dəymiş ziyan məbləği 1695 manat məbləğində müəyyən edilmişdir. 16.02.204-cü il tarixli 93004309 saylı alkoltestin nəticəsindən görünür ki, yoxlama zamanı Şəxs alokoqlun dərəcəsi müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokoldan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İİ dərəcəli əlil olmasını, zərərin ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilərlər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar