Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-455/2024 19.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1961-ci ildə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Bədələn kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, İsayev X5 rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(050)-862/2018 nömrəli icra sənədi üzrə icra tələbini üzürlü səbəb olmadan icra etməmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528- 1.1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-862/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən məndən 3000 manat məbləğində pul alınaraq X4 verilməlidir. Hazırda icra sənədi üzrə 1300 manat borcu yaranmışdır. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və borcunun ödənilməməsinə səbəb maddi imkansızlıqla ələqədardır. Bu gün xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə yaranmış borcdan 800 manat məhkəmə iclas zalında icra məmuruna təqdim edir. İcra sənədi üzrə qalan 500 manat pulun ödəyəcəyinə söz verir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul eilməsini xahiş etdi. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Masallı rayon məhkəməsinin 2(050)-862/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 3000 manat məbləğində pul alınaraq X4 verilməlidir. X3 icra sənədi üzrə 1300 manat borcu yaranmışdır. Hazırda məhkəmə iclasında 800 manat ödəniş etmiş, qalan 500 manatı ödəyəcəyinə söz verir.Protokolun tərtib edilməsinə səbəb tələbkarın borcunu tam tələb etməsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 yanvar 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 04 aprel 2018-ci il tarixli, 2(050)-862/2018 nömrəli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. 19 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İsayev X5 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(050)-862/2018 nömrəli icra sənədinin icrası ilə əlaqədar yaranmış borcunu tam şəkildə ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Masallı Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(050)-1702/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinsin, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu hal-hazırda olan borcundan müntəzəm olaraq ödənişlər edir, icra sənədi üzrə ödənilməmiş 500 manat borcunu yaxın zaman müddətə ödənilməsinə söz verir. Bundan başqa borclunun adında hər hansı əmak olmadığı və daimi iş yeri olmadığı üçün tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Həmçinin məhkəmə iclasında verilmiş izahatlardan da aydın olur ki, borclu tələbin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməmə İXM-in 528-1.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43,53, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Habil Bəhmənov.
Məhkəmə qərarları › İş №3(050)-455/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-455/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver