Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-456/2024 04.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Cəlilabad rayonu, Həziabad kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Həziabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Xırmandalı kəndinin ərazisində ov qaydalarını kobud şəkildə pozmuşdur. Protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, izahatında göstərdi ki, “Huğlu” markalı, 12 kalibrli ov tüfəngi vardır. Həmin tüfəngin rəsmi icazə sənədləri də vardır. Onun ov etmək üçün ov bileti olsa da, lisenziyası yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində həmkəndliləri Toğrul, Ruslan və Mirsalamla birgə Mirsalamın idarə etdiyi “VAZ 2106” markalı, avtomobillə Masallı rayonu, Xırmandalı kəndinə gəlmişlər ki, burada dənizin kənarında ov quşlarını ovlasınlar. O, həmin tarixdə, saat 20 radələrinədək bir ədəd çöl qazını ovlamış, həmkəndliləri də bir neçə ov quşu ovlamışlar. Onlar ovdan qayıtmaq istədikdə polis əməkdaşları hadisə yerində onlara yaxınlaşıb ov üçün rəsmi lisenziyalarının olubolmadığını soruşmuş, onlar polislərə ov üçün lisenziyalarının olmadığını bildirmişlər, daha sonra üzərilərində olan ləvazimatlarla və ov tüfəngləri ilə birgə Masallı RPŞ-yə dəvət olunmuş, hər biriləri ayrı-ayrılıqda ovladığı quşları, tüfənglərini və digər ləvazimatlarını təqdim etmiş və baxış keçirilmişdir. Etdiyi əməldən peşmandır, ov etmək üçün xüsusi lisenziyası olmasa da, tüfəngin rəsmi icazə sənədləri vardır. Həmin sənədləri təqdim etmişdir. Bir daha belə hərəkətə yol verməyəcəkdir. Maddi imkanı yaxşı deyil. Etdiyi əmələ görə cərimə ödəmək imkanında deyil. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibat xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Xırmandalı kəndinin ərazisində ov qaydalarını kobud şəkildə pozmuşdur. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsiin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. 3212 nömrəli şəhadətnamədən görünür ki, Şəxs 12 kalibrli, “Huğlu” markalı, 18R1237 nömrəli yivsiz lüləli silahın saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-i tərəfindən şəhadətnamə verilmişdir. 3276 nömrəli ovçuluq biletindən görünür ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Şəxs ovçuluq bileti verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Şəxs inzibati məsuliyyətini yüngüləşdirilən və ağırlaşdıran hal yoxdur. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində ov hüququnun məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə ov hüququ məhdudlaşdırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-456/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-456/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver