Məhkəmə qərarları › İş №3(050)-457/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-457/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-457/2025 21.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1953-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, təqaüdçü, Bakı şəhəri, Xətai rayonu, Neapoil küçəsi, ev 8, mənzil 1-də qeydiyyatda olmaqla Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı Regional “Asan Xidmət Mərkəzi”nin inzibati binasında yerləşən yeməkxanada Zərərçəkmiş şəxs təhqir etməklə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı Regional “Asan Xidmət Mərkəzi”nə müraciət etmiş Masallı rayonu, Boradigah qəsəbə sakini Şəxs saat 13:40 radələrində Mərkəzin inzibati binasının daxilində yerləşən yeməkxanada aşpaz işləyən Zərərçəkmiş şəxs yemək sifariş verdikdən sonra yeməyin pulunun kartdan hesabına çıxarılmasını tələb etməsi səbəbindən narazılıq yaratmaqla uca səslə Zərərçəkmiş şəxs qarşı təhqiredici ifadələr işlətməklə ictimai qaydanı pozmuş, səs-küyə gələn “Asan Xidmət Mərkəzi”ndə xidmətdə olan polis əməkdaşları onu sakitləşdirmiş, Zərərçəkmiş şəxs Masallı RPŞ-yə müraciəti əsasında aparılan araşdırmanın sonunda Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə işi ilə əlaqədar Masallı Regional “Asan Xidmət Mərkəzi”nə getmiş, saat 13:30 radələrində Mərkəzin inzibati binasında yerləşən yeməkxanaya daxil olaraq yemək sifariş vermişdir. Həmin yeməkxanada aşpaz işləyən Zərərçəkmiş şəxs ona yemək verdikdən sonra özünə məxsus plastik kartı təqdim edərək yeməyin pulun həmin kart hesabından çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs isə cavabında ona kobudcasına yeməkxanada terminalın işləməməsi səbəbindən kart hesabından pulun çıxarılmasının mümkün olmadığını demiş, pulunu nağd şəkildə verməsini bildirmişdir. Özündən asılı olmayan səbəbdən yeməkxanada Zərərçəkmiş şəxs ilə mübahisə yaradaraq uca səslə ona qarşı kobud ifadələr işlətmişdir. Həmin vaxt mərkəzdə xidmət aparan polis əməkdaşları ona yaxılnaşaraq sakitləşdirmişlər. Bu səbəbdən Zərərçəkmiş şəxs barəsində Masallı RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu, Validə Ağayevaya qarşı kobud və nalayiq ifadələr işlətməsinə görə hazırda ondan üzr istədiyini, bir daha yeməkxanaya getməyəcəyini və Zərərçəkmiş şəxs narahat etməyəcəyini, habelə yaşlı olmasını nəzərə alıb barəsində ən aşağı həddə inzibati qaydada cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı Regional “Asan Xidmət Mərkəzi”ndə yerləşən yeməkxanada aşpaz işləyir. xx.xx.2025-ci il tarixdə nahar vaxtı əvvəllər dəfələrlə “Asan Xidmət Mərkəzi”ndə gördüyü Şəxs nahar fasiləsi zamanı yeməkxanaya gələrək yemək sifariş vermişdir. Sifariş verdiyi yeməyi çəkərək Şəxs vermişdir. Şəxs cibindən plastik kart çıxarıb yeməyin pulunun həmin kartdan çıxılmasını demişdir. Şəxs yeməyin pulun kartdan çıxarılması üçün telefonunda internetin olmadığını, sonra ona yeməyin pulunu verə biləcəyini bildirmişdir. Dövlət Kaızmov isə ona qarşı uca səslə təhqiredici ifadələr işlətməklə israrla yeməyin pulun kartdan çıxarılmasını tələb etmişdir. Həmin vaxt yeməkxanada olan digər müştərilərin və əməkdaşların narahatlığını pozmaqla ona qarşı təhqir edici ifadələr işlətməyə davam etmişdir. Mərkəzdə xidmət aparan mühafizə bölməsinin polis nəfərləri yeməkxanaya gəlib Şəxs sakitləşdirməklə yeməkxanadan çölə çıxarmışlar. Bundan sonra Masallı RPŞ-yə şikayət ərizəsi ilə müraciə etmişdir. Şəxs əvvəllər də bir neçə dəfə yeməkxanaya gəlib yemək yediyi vaxt ona qarşı xoşagəlməz ifadələr işlətdiyinə görə ona haqlı iradını bildirmiş, bu səbəbdən Şəxs sonrakı dövrlərdə yeməkxanada olduğu müddət ərzində ona aqressiv münasibət göstərmişdir. Lakin, yaşlı olduğunu nəzərə alıb barəsində şikayət etməmişdir. Sonda Zərərçəkmiş şəxs göstərilənləri nəzərə alıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şöbəsinin taqım komandiri polis leytenantı Şahid1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı Regional “Asan Xidmət Mərkəzi”nə müraciət etmiş Masallı rayonu, Boradigah qəsəbə sakini Şəxs saat 13:40 radələrində Mərkəzin inzibati binasının daxilində yerləşən yeməkxanada aşpaz işləyən Zərərçəkmiş şəxs yemək sifariş verdiyi yeməyin pulunun ödənilməsi ilə bağlı yaranmış narazılıq səbəbindən ucadan təhqir edici ifadələr işlətməklə yeməkxanada olan şəxslərin narahatlığını pozmaqla daxili nizam-intizam qaydalarına riayət etməmişdir. Şəxs yaxınlaşıb onu sakitləşdirməklə bu barədə ona xəbərdarlıq etmişdir. Lakin, bütün bunlara baxmayaraq Şəxs yenidən ucadan təhqiredici ifadələr işlətdiyini görüb barəsində raportla Masallı RPŞ-yə müraciət etmişdir. Şəxs əvvəllər də dəfələrlə “Asan Xidmət Mərkəzi”də olduğu müddətdə yeməkxanda işləyən qadınlarla münaqişlər yaratmış, bir neçə dəfə ona şifahi xəbərdarlıq edilsə də, lakin bundan heç bir nəticə çıxarmamışdır. Lakin, onun yaşlı olması nəzərə alınaraq barəsində qanuni tədbir görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, X3 Şöbəsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Masallı Regional “Asan Xidmət Mərkəzi”ndə xidmətdə olduğu vaxt saat 13:30 radələrində əvvəllər də mərkəzdə bir neçə dəfə rastlaşdığı və üzdən tanıdığı Masallı rayonu, Boradigah qəsəbə sakini Şəxs Məhəhrrəm oğlunun inzibati binanın daxilindəki yeməkxanada ucadan səs-küy salmaqla orada aşpaz işləyən Zərərçəkmiş şəxs qarşı kobud hərəkətlər etdiyini görüb ona yaxınlaşmışdır. Dövlət Kaızmovu sakitləşdirməyə çalışmaqla dərhal tağım komandiri Şahid1 bu barədə məlumat vermişdir. Şəxs yeməkxanın daxilində Zərərçəkmiş şəxs qarşı ucadan kobud ifadələr işlədərək orada olan digər şəxslərin narahatlığını pozmuşdur. Onu sakitləşdirdikdən sonra raport əsasında Masallı RPŞ-yə təhvil vermişlər, Zərərçəkmiş şəxs da ərizə ilə Masallı RPŞ-yə müraciət edərək Şəxs şikayət etmişdir. Şəxs əvvəllər də bir neçə dəfə yeməkxananın daxilində Zərərçəkmiş şəxs qarşı kobd ifadələr işlətməklə narahatlıq yaratmış, lakin yaşlı olduğu nəzər alınaraq barəsində hər hansı tədbir görülməmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs əməli özünün etirafı ilə yanaşı protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxs və şahidlərin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edilən inzibati xəta ilə bağlı məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək aşağıdakıları qeyd edir: Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Kazımov X1 Regional “Asan Xidmət Mərkəzi”ndə yerləşən yeməkxanada aşpaz işləyən Zərərçəkmiş şəxs qarşı kənar şəxslərin və əməkdaşların eşidəcəyi tərzdə uca səslə danışaraq ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Şəxs özü izahatında kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə sözlər işlətdiyini etiraf etmiş, həmin vaxt Masallı Regional “Asan Xidmət Mərkəzi”ndə xidmətdə olan mühafizə polis əməkdaşları da qeyd edilən hadisənin şahidi olduqlarını məhkəmədə izahat verərkən bildirmişdilər. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbаycаn Respublikаsı İXM-in 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti az ağırləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Məhhərrəm oğlunun əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Məhhərrəm oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxsun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini və yaşının 65 (altmış beş) yaşdan yuxarı olması səbəbindən barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsinin mümkün olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növünün aşağı həddində tənbeh tətbiq edilməsi məqsədəuyğun və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar