Məhkəmə qərarları › İş №3(050)-460/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-460/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-460/2024 15.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu, Qəriblər kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Rusiya Federasiyasında qeydiyyatda olmaqla, Masallı rayonu, Qəriblər kəndində müvəqqəti yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 13 fevral 2024-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qəriblər kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qapı və pəncərəsinin sındırmaqla maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, azərbaycanlı olmaqla Rusiya Federasiyasının vətəndaşıdır, inzibati xəta haqqında işlər üzrə icraatın aparıldığı dili bilir. Azərbaycan dilində başa düşür, sərbəst danışır. Tərcüməçinin xidmətlərindən istifadə etmək istəmir. Bu səbəbdən ona tərcüməçi təyin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs atasıdır. xx.xx.2023-cü il tarixdə o, anası Şəfayət Mirzəyeva ilə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən evə anası Şəfayət Mirzəyeva ilə birlikdə gəlmişdir. Həmin vaxt o, atasına məxsus olan yaşadığı evə daxil olmaq istəmiş, lakin qapının bağlı olduğunu görüb əsəbləşmiş, evin həyətində olan baltanı əlinə götürərək evin qapısının tutacaqlarını hər iki tərəfdən sındırmış, lakin qapı açılmadığından evin pəncərəsinin dəmir barmaqlığının bir hissəni əyib aşağı endirmiş, iki pəncərənin iki şüşəsini sındırıb içəri daxil olmuş, evin birinci mərtəbəsində divarda asılmış açarları götürüb içəri tərəfdən dəmir qapını açıb evə daxil olmuşlar. Sındırdığı pəncərə şüşəsini, pəncərənin dəmir barmaqlığını və dəmir qapının dəstəyini alaraq yenisi ilə əvəz etməklə təmir etmişdir. Dəmiş ziyanın məbləği 365 manat məbləğində ola bilməz. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, bildirdi ki, 2007-ci il tarixdən 2023-cü ilin aprel ayına kimi Tatarıstan Respublikasının Nabrejni Çelnı şəhərində yaşamışdır. Hal-hazırda Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən özünə məxsus olan fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Masallı rayonu, Qəriblər kənd sakini X3 onun əvvəlki həyat yoldaşıdır. O, Şəfayət Mirzəyeva ilə 1984-cü il tarixdə ailə həyatı qurmuşdur. Onların 4 övladı var. 2022-ci ilin iyun ayında arvadı Şəfayət Mirzəyeva ilə ailə münasibətlərinin yaxşı olmaması səbəbindən rəsmi olaraq boşanmışdır. Hal-hazırda Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən özünə məxsus olan fərdi yaşayış evində qeydiyyatda olmaqla ikinci həyat yoldaşı Gəncə şəhər sakini Gülşən Əliyeva ilə qeyri-rəsmi olaraq yaşayır. Şəxs oğludur. xx.xx.20223-cü il tarixdə saat 08 radələrində Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən özünə məxsus olan fərdi yaşayış evində olduğu vaxtda əvvəlki arvadı Şəfayət Mirzəyeva və oğlu Şəxs onun yaşadığı evə gələrək, yaşadığı evin həyətinə daxil olaraq onu səsləmişdir. Həmin vaxt o, Şəfayət Mirzəyevaya cavab verməmişdir. Bir qədər sonra Şəfayət Mirzəyeva və oğlu Şəxs onun yaşadığı evin giriş qapısını açmağa cəht etsələr də, evin qapısını aça bilməmişdilər. Həmin vaxt oğlu Şəxs əlindəki balta ilə yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarını, şüşələrini və giriş qapısının kilidini qıraraq yararsız vəziyyətə salmışdır. Həmin vaxt ona məxsus olan əmlakına maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs Şəxs ilə barışmadığını nəzərə alaraq onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qəriblər kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qapı və pəncərəsinin sındırmaqla maddi ziyan vurmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyində (arayışda) göstərilir ki, təqdim olundu - Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evinin 2 ədəd ağ plastik pəncərəsi, 2 ədəd dəmir barmaqlıq, 1 ədəd giriş qapısının kilidi və çərçivəsi.; təqdim olunmuş Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evinin iki ədəd 160x180 sm ölçüdə pəncərəsi qismən yararsız haldadır. Təqdim olunan Masallı rayonu, Qəriblər kəndində yerləşən fərdi yaşayış evinin 2 ədəd pəncərəsinin, həmin pəncərəyə aid 2 ədəd dəmir barmaqlığın və giriş qapısının kilid və çərçivəsinin sındırılması nəticəsində ev sahibinə 365 manat ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixli, HK-1/3001 və xx.xx.2023-cü il tarixli, HK-1/3015 nömrəli materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, X1, X4 əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci və İXM-in 157-ci maddələrinin tərkibi olduğu üçün həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTByə verilməsi qərara alınmışdır. xx.xx.2023-cü tarixli, MN ******* saylı qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(050)-4/2024 saylı qərarı ilə X4 və Şəxs şikayəti qismən təmin edilmiş, Masallı RPŞ-nin Təhqiqat bölməsində toplanılmış material üzrə Masallı Rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 cinayət işi başlanmasının rədd edilməsi haqqında 24 oktyabr 2023-cü il tarixli qərarı kifayət qədər araşdırma aparılmadığından ləğv edilməsi, material X4 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə olan hissədə yenidən araşdırılaraq baş vermiş hadisəyə hüquqi qiymət verilməsindən ötrü Masallı Rayon Polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün etirafı (qismən) ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, 04 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Şəxs barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 365 (üç yüz altmış beş) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuni hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 365 (üç yüz altmış beş) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar