Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-461/2024 01.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X6 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (xx xxxx 1980-cı ildə Cəlilabad rayonu, Həziabad kəndində doğulmuş, Cəlilabad rayonu, Həziabad kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 31 yanvar 2024-cü il tarixdə Masallı rayonu Xırmandalı kənd ərazisində ov qaydalarını kobud şəkildə pozmuş, yəni qadağan olunmuş yerdə ov etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi S.Haxverdiyev tərəfindən 15 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, 31 yanvar 2024-cü il tarixdə Masallı rayonu Xırmandalı kənd ərazisində yerləşən sahədə sənədləri olan ov tüfəngi vasitəsi ilə 1 ədəd çöl ördəyi ovlamışdır. Bu səbəbdən tüfəngin müsadirə edilməməsi, hazırda etdiyi əməldən peşman olması nəzərə alınaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan Masallı RPŞ-nın TB-nin rəisi, polis mayoru Zaur Talıbov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan, Tula markalı, 16 kalibirli, 45054 nömrəli, qoşa lüləli ov silahı, 18 ədəd patron, 1 ədəd patrondaş, 1 ədəd çib bıçağı, 1 ədəd baş üçün nəzərdə tutulmuş fanar, 1 ədəd radio tipli meqafon, 2 ədəd ördək maketi və 1 ədəd çöl ördəyi tipli ov quşunun ovlanması müəyyən edilmişdir. İş materiallarında olan Masallı RPŞ-nın TB-nin təhqiqatçısı, polis baş leytenantı Abbasağa Paşayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, X3, X1, X2, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin DYPBnə verilməsi, Materialda olan 16 kalibirli, Tula markalı, 144386 nömrəli, qoşa lüləli ov silahı, 56 ədəd patron, 1 ədəd patrondaş, 1 ədəd çib bıçağı, 1 ədəd əl fanarı, 5 ədəd ördək maketi və 1 ədəd gərəf tipli ov quşu; Huğlu markalı, 12 kalibirli, 18R1237 nömrəli, tək lüləli ov silahı, 41 ədəd patron, 1 ədəd patrondaş,1 ədəd çib bıçağı, 1 ədəd əl fanarı, 3 ədəd ördək maketi, 1 ədəd radio tipli meqafon və 1 ədəd çöl qazı; İJ-58 markalı 35946 nömrəli, qoşa lüləli ov silahı, 80 ədəd patron, 1 ədəd patrondaş,1 ədəd çib bıçağı, 1 ədəd əl fanarı, 1 ədəd radio tipli meqafon, 2 ədəd çöl ördəyi və 1 ədəd qılquyruq adlı ov quşu; Tula markalı, 16 kalibirli, 45054 nömrəli, qoşa lüləli ov silahı, 18 ədəd patron, 1 ədəd patrondaş,1 ədəd çib bıçağı,1 ədəd baş üçün nəzərdə tutulmuş fanar, 1 ədəd radio tipli meqafon, 2 ədəd ördək maketi və 1 ədəd çöl ördəyi tipli ov quşu maddi sübut kimi tanınması və Masallı RPŞ-nin İTB-nə verilməsi, Qərarın surəti maraqlı tərəfə göndərilməsi, Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi, Toplanmış material Masallı RPŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, M-135/22 nömrəli şəhadətnamədən görünür ki, 16 çaplı, Tula markalı, Q/L 45054 nömrəli ov silahın Şəxs tərəfindən saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, işə əlavə edilmiş inzibati xəta haqqında 15 fevral 2024-cü il tarixli MN ******* nömrəli protokol, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar və digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşmançılığını məsuliyyəti yüngüləşdirilən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində 1 ədəd çöl ördəyi dövlət nəfinə müsadirə edilməklə onun 1 (bir) il müddətə ov hüququnun məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş 1 ədəd çöl ördəyi dövlət nəfinə müsadirə edilsin və 1 (bir) il müddətə ov hüququ məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-461/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-461/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver