Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-462/2024 04.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs orqanın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:23-də radələrində Ələt-Astara magistral yolunun 143-cü km-də idarə etdiyi “SAİPA SAİNA” minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini narkotik vasitə istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddsinin tələbini pozmuşdur. Protokolu tərtib etmiş şəxs orqanın nümayəndəsi X3 məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:23-də radələrində Ələt-Astara magistral yolunun 143-cü km-də xidməti postda olduqları vaxt SAİPA SAİNA” minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə saxlama işarə vermiş, avtomaşın saxlanıldıqdan sonra sürücü sonradan adını bildiyi Şəxs həkim müayinəsinə təqdim edilmişdir. Yoxlama zamanı sürücünün avtomobili nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda idarə etməsi müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:23-də radələrində Ələt-Astara magistral yolunun 143cü km-də idarə etdiyi “SAİPA SAİNA” minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən DYP-nin YPX inspektoru tərəfindən saxlanılmış, həkim müayinəsinə təqdim edildikdən sonra yoxlama zamanı avtomaşını narkotik vasitədən istifadə olunması nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bir neçə gün əvvəl narkotik vasitə qəbul etdiyini etraf etmişdir. Etdiyi əməldən peşmandır. Vətən Müharibəsinin iştirakçısıdır. İdarə etdiyi avtomaşın kreditdədir, taksi fəaliyyəti ilə məşğul olaraq həm kredit ödənişini həyata keçirir, həm də ailəsini dolandırır. Bir daha belə əmələ yol verməyəcəkdir. Sonda M Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:23-də radələrində Ələt-Astara magistral yolunun 143-cü km-də idarə etdiyi “SAİPA SAİNA” minik markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini narkotik vasitə istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 93 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə THC MET pozitiv narkotik sərxoşluğu aşkar olunmuş, o, narkotik sərxoşluq vəziyyətində olmuşdur. Şəxs inzibati xəta törətməsi onun özünün etirafedici və protokolu tərtib etmiş şəxsin izahatları, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə müayinə aktı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, Vətən Müharibəsinin iştirakçısı olmasıdır.; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Quba Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-462/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-462/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver