Məhkəmə qərarları › İş №3(050)-463/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-463/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-463/2023 27.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi ev 51də qeydiyyatda olmaqla Masallı şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 27 mart 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 mart 2023-cü il tarixdə Masallı rayon Çaxırlı kənd sakini X2 məxsus fərdi yaşayış evinin həyətindəki hindən ümumi dəyəri 75 manat olan 3 ədəd qaz quşlarını oğurlamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan oğurluq yolu ilə özgənin əmlakını talama inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi ev 51-də qeydiyyatda olmaqla Masallı şəhərində yaşayır. Maddi imkanı olmadığından və heç bir yerdə işləmədiyindən pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Belə ki, pula ehtiyacı olduğundan 07 mart 2023-cü il tarixdə Masallı rayon Çaxırlı kənd sakini olan X2 məxsus fərdi yaşayış evinin həyətindəki hindən ümumi dəyəri 75 manat olan 3 ədəd qaz quşlarını oğurlamışdır. Həmin quşlardan ikisini Masallı rayonu köhnə bazar adlanan yedə ikisini 40 manata satmış, birini isə kəsib yemişdir. Dəymiş ziyanı zərərçəkmişə qaytarmamışdır, maddi imkanı yoxdur. Hazırda əməlindən səmimi peşiman olduğunu, bir daha oğurluq etməyəcəyini bildirib barəsində yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Masallı rayon Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayır. 07 mart 2023-cü il tarixdə Şəxs ona məxsus fərdi yaşayış evinin həyətindəki hindən ümumi dəyəri 75 manat olan 3 ədəd qaz quşlarını oğurlamışdır. Ziyanın ödənilməsini tələb edir. Ziyan ödənilmədiyi təqdirdə Şəxs qanunamüvafiq qaydada ən azı 30 gün inzibati həbs cəzası verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Masallı RPŞ-nın TB-nın baş təhqiqatçısı polis leytenantı X4 tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilərək Şəxs İXM-nın 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ İTB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı Ramil Mirzəyev tərəfindən 27 mart 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin verdiyi izahatı, inzibati xəta haqqında protokol, cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə inzibati qaydada həbs edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə adiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə qeyd edir ki, vurulmuş zərərlə bağlı zərərçəkmiş mülki qaydada məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,115,128,129 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 27 mart 2023-cü il tarixdən saat 11:35dən hesab edilsin. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya bilavsitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar