Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-463/2024 20.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Alışanlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsinin X3 daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Masallı rayonu, Banbaşı kəndində arvadı Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, Masallı rayonu, Alışanlı kənd sakini X2 xx.xx.2024-cü il tarixdə, saat 12:39-də DİN-nin 102 xidmətinə zəng edərək gəlini Gültəkin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Eyni zamanda X2 xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində keçmiş gəlini Gültəkin və anası Bahar onu döymüşdür. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində boşanmaq ərəfəsində olduğu əri Ramil onu döymüşdür. Faktla bağlı aradırma aparılmış, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli müraciətində göstərdiyi xüsusat yəni, boşanmaq ərəfəsində olduğu əri Şəxs onu döyməsi faktı araşdırma zamanı təsdiqini tapmışdır. Araşdırmanın sonunda Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2014-cü ildə ailə həyatı qurmuşlar. Onların birgə nikahdan iki azyaşlı övladları vardır. 2023-cü ilin iyun ayının sonlarında Gültəkin ondan küsüb uşaqları da götürüb Masallı rayonu, Banbaşı kəndində yaşayan valideyinlərinin evinə getmişdir. O, Gültəkinlə barışmaq üçün bir neçə dəfə cəhd etmişdir. Lakin, Gültəkin onunla barışmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində anası Gülsəhər ilə birlikdə Gültəkinin yaşadığı ünvana getmişdir. Gültəkin və anası Bahar onları görən kimi üzərinə hücum etmişlər. Həmin vaxt onlar bir-biriləri ilə əlbəyaxa olmuşlar. Gültəkini döyməmiş, ona xəsarət yetirməmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. Onlar 2014-cü ildə ailə həyatı qurmuşlar. O, Ramilin valideyinlərinə məxsus Masallı rayonu, Alışanlı kəndində olan fərdi yaşayış evinə gəlin gəlmişdir. Onların birgə nikahdan iki azyaşlı övladları vardır. Ramilin valideyinləri onun ailə işinə mütəmadi müdaxilə etmişdir. O, bu və ya digər səbəblərdən 2023-cü ilin iyun ayının sonlarında uşaqlarımda götürüb Masallı rayonu, Banbaşı kəndində yaşayan valideyinlərinin evinə getmişdir. Bundan sonra bir neçə dəfə qayınanası Gülsəhər və Ramil onun yaşadığı ünvana gəlib uşaqları ondan almağa cəhd etmişlər. Lakin, o, onlara uşaqlarını aparmağa imkan verməmişdir. O, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində evdə olarkən Ramil ilə Gülsəhər onların evinə gəlmişlər. Həmin vaxt Ramil oğlu Əlini zorla aparmaq istəmişdir. O, buna mane olanda Ramil əli ilə onu vuraraq digər əli ilə isə Əlini ondan zorla almağa çalışıb aparmaq üçün qəsdən sol qolunu əzmişdir. O, xəsarət alması barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonda G.F. Məmmədova Şəxs ilə barışmadığını, ona qanuna müvafiq qaydada cəza verilməsini xahiş etdi. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda şəxsin əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qrarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X4 X8 məhkəmə tibbi ekspertinin xx.xx.2024-cü il tarixli, 07 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bazu və başın ənsə nahiyəsinin qançırları müəyyən olnmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 05 yanvar 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Masallı rayonu, Banbaşı kəndində arvadı Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən hallar himayəsində 3 azyaşlı övladının olması və onun dərəcəsi təyin olunmayan əlil olmasıdır.” ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-463/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-463/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver