Məhkəmə qərarları › İş №3(050)-464/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-464/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-464/2023 27.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu Ləngan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ləngan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 25 mart 2023-cü il tarixdə Masallı rayonu, Ləngan kəndi ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 25 mart 2023-cü il tarixdə Masallı rayonu, Ləngan kəndi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Aqil Məmmədli, RPŞ-nin polis sahə nəfəri, polis serjantı Cahid Nağıyevlə birlikdə xidməti ərazidə olarkən Masallı rayonu Ləngan kəndi ərazisində xidməti zərurətlə əlaqədar Ləngan kənd sakini Şəxs Masallı RPŞ-nə dəvət edilərkən, uca səslə qışqıraraq ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları həmin şəxsə etdiyi əməlin inzibati xəta olduğunu bildirib onu dəfələrlə nizamintizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməyərək öz qanunsuz hərəkətlərini davam etdirdiyindən həmin onu Masallı RPŞ-yə gətirmişlər. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 25 mart 2023-cü il tarixdə, saat 11 radələrində Masallı rayonu Ləngan kəndindən ərazisində olarkən polius əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra ona kənddə baş vermiş oğurluq hadisəsinə görə şübhəli olduğu səbəbindən onu Masallı RPŞ-yə dəvək etmək istədikdə özüqndən asılı olmyan səbəbdən ucadan ünvansız söyüşlər söyməyə başlamış, bu zaman polis əməkdaşları ona etdiyi əməlin inzibati xəta olduğunu deyərək onu intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə qəsədən tabe olmadığına görə onu Masallı RPŞ-yə aparmışlar. Orada barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Etdiyi əmələ görə peşmançılıq hissi keçirir, bir daha belə bir hərəkətlərə yol verməyəcəkdir. Sonda Şəxs barəsində yüngül tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Aqil Məmmədli, RPŞ-nin polis sahə nəfəri, polis serjantı Cahid Nağıyevlə birlikdə xidməti ərazidə olarkən Masallı rayonu Ləngan kəndi ərazisində xidməti zərurətlə əlaqədar Ləngan kənd sakini Şəxs Masallı RPŞ-nə dəvət edilərkən, o, uca səslə qışqıraraq ünvansız nalayiq ifadələr işlətmiş, həmin şəxsə etdiyi əməlin inzibati xəta olduğunu bildirib onu dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməyərək öz qanunsuz hərəkətlərini davam etdirdiyindən həmin onu Masallı RPŞ-yə gətirmişlər. Barəsində raportla şöbə rəisinə məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin polis sahə nəfəri X7 şahid X6 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən 25.03. 2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 mart 2023-cü il tarixdə saat 11:20-də inzibati qaydada tutulmuşdur. Şəxs təqsiri özünün etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxin, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması inzibati tənbehi yüngülləşdirən haldır; inzibati tənbehi ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni 25 mart 2023-cü il tarixdən saat 11:20-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar