Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-466/2025 24.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1989-cu il tarixdə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 24 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Abiyev X5 Rayon Məhkəməsinin 2(050)-2966/2017 nömrəli, 28 noyabr 2017-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 2966/2017 nömrəli, 28 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahdan 03 may 2011-ci ildə doğulmuş X4 və 11 fevral 2015-ci ildə doğulmuş X6 adlı uşaqları anaları Zərərçəkmiş şəxs yanında qalmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29 iyun 2017-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi Masallı rayon İcra şöbəsinin digər icra məmuru Qəribağa Mirhəşimovun icraatına qəbul edildikdən sonra 30 noyabr 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. İcra məmuru tərəfindən borcluya xəbərdarlıq göndərmişdir. 20 dekabr 2017-ci il tarixli qəbzə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs ona həmin icra vərəqəsi üzrə heç bir aliment borcunun olmadığını bildirmişdir. Sonradan tələbkar 05 dekabr 2024-cü il tarixdə şöbəyə müraciət etmiş, aliment tələbi üzrə yığılmış borcunu istədiyini bildirmişdir. 28 dekabr 2024-cü il tarixli ərizədə tələbkar borclunun ona cəmi 2000 manat pul ödədiyini, borclunun hər ay davamlı şəkildə 400 manat məbləğində pulu onun kart hesabına köçürməklə razı olduğunu bildirmişdir. Borclu həmin ərizədən sonra iki dəfə 400 manat məbləğində ödəniş etmiş, lakin tələbkar Zərərçəkmiş şəxs təkrar 22 yanvar 2025-ci il tarixdə ərizə ilə müraciət edərək maddi vəziyyəti pis olduğunu bildirmiş, yığılmış 16400 manat məbləğində aliment borcunun borclu Şəxs alınıb ona verilməsini xahiş etmişdir. Borcluya telefon vasitəsi ilə şöbəyə gəlməyi barədə məlumat vermiş və bildirmişdir ki, xanım təkrar müraciət etmişdir. Borclu üçüncü və ya dördüncü gün gələcəyini bildirsə də, şöbəyə gəlməmişdir. Bununla bağlı onun barəsində axtarış qərarı qəbul etmiş və borclu şöbəyə polis əməkdaşları tərəfindən gətirilmişdir. Bir dəfə də, borclunun barəsində axtarış elan etmiş, həmin vaxt tərəflər razılığa gəlmişlər. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirmişdir ki, 7 il ərzində tələbkar şöbəyə müraciət etmədiyi üçün hər-hansı icra tədbirləri görülməmişdir. Borclunun adında hər-hansı daşınar və danışmaz əmlak olması elektron icra sisteminin məlumatlarına əsasən aşkar edilməmişdir. Əlavə olaraq borclunun evində tələbin yönəldilə biləcəyi əmlak olub-olmaması yoxlanılmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2 yetkinlik yaşına çatmayan uşağı vardır. Atası sağ olan dövrdə pula ehtiyacı olmadığı üçün aliment borcunun ödənilməsini tələb etməmiş və bununla bağlı icra şöbəsinə müraciət etməmişdir. Həmçinin borcludan 6-7 ay aliment pulunu da, tələb etməmiş, ona həmin pulu keçmişdir. Özü hal-hazırda Masallı rayon Mərkəzi xəstəxanasında işləyir və 505 manat məbləğində əmək haqqı alır. Atası 08 avqust 2024-cü il tarixdə rəhmətə getdikdən sonra maddi cəhətdən çətinliklər yaşamışdır. Buna görə də, 05 dekabr 2024-cü il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət etmişdir. Borclu 2024-cü ildə axtarışa verilmiş, 28 dekabr 2024-cü il tarixdə şöbəyə gətirilmiş və həmin vaxt aralarında razılaşmaya gəlmişlər ki, borclu yığılmış borcdan dekabr ayının 28-dən etibarən hər ayın 28-də ona 400 manat ödəniş edəcəkdir. Lakin borclu 28 dekabr 2024-cü il tarixdə ödəniş etməmiş, 31 dekabr 2024-cü il tarixdə 300 manat, 01 yanvar 2025-ci il tarixdə isə qalan 100 manatı ödəmişdir. Növbəti ayın ödənişini 31 yanvar 2025-ci il tarixdə və ya 01 fevral 2025-ci il tarixdə etmişdir. Məhkəmədən borclunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, aliment tələbi ilə bağlı 2017-ci ildə tələbkarla razılığa gəlmişlər və hər həftə 70-80 manat, elə vaxt olmuş ki, 100 manat məbləğində ödəniş etmişdir. Sonra icra şöbəsinə dəvət olunmuş və həmin vaxt icra məmuru Qəirbağa Mirhəşimov tələbkar Aynur Həsənovun alimentdən imtina etdiyini bildirmişdir. Bundan sonra 7 il ərzində o, heç vaxt Masallı rayon İcra və Probasiya şöbəsinə dəvət olunmamışdır. Hazırda tələbkar atasının sağlığında pula ehtiyacı olmadığı üçün aliment tələb etmədiyini bildirir. Halbuki, tələbkarın atası sağlığında heç bir yerdə işləməmişdir. Onun ikinci ailəsindən 10 aylıq və yaş yarım iki azyaşlı uşaqları vardır, uşaqlar hal-hazırda onun himayəsindədir. Məhkəmədən onun barəsində humanist qərarın çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Masallı rayon Məhkəməsinin 2(050)-2966/2017 nömrəli, 28 noyabr 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahdan 03 may 2011-ci ildə doğulmuş X4 və 11 fevral 2015-ci ildə doğulmuş X6 adlı uşaqları anaları Zərərçəkmiş şəxs yanında qalmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29 iyun 2017-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. - tələbkar X3 20 dekabr 2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, borclu Şəxs 1000 manat məbləğində aliment pulunu qəbul etmişdir, borclu Şəxs noyabr ayı daxil olmaqla dekabradək (2017) alument borcu yoxdur. - tələbkar X3 05 dekabr 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Şəxs ilə üz-üzə gəlmək istəməmişdir ki, şərəf və ləyaqətini alçaltsın, ona görə də, aliment tələb etməmişdir. Amma indi maddi vəziyyəti çətin olduğundan alimenti tələb edir. - Şəxs 28 dekabr 2024-cü il tarixli izahatının surətindən görünür ki, məhkəmənin qətnaməsindən xəbəri var. 31 dekabr 2024-cü il tarixdə 400 manat məbləğində aliment ödəyəcək. Bundan sonra hər ay 400 manat aliment pulunu ödəyəcək. İcra sənədinin icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs ünvanlanmış 28 dekabr 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. Borclu həmin bildirişi 28 dekabr 2024-cü il tarixdə qəbul etmişdir. - tələbkar X3 28 dekabr 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Şəxs ilə aralarında razılaşmaya gəlmişdir ki, hər ay davamlı şəkildə 400 manat aliment pulu onun kart hesabına ödənilsin. Buna görə də, 28 dekabr 2024-cü il tarixdə borclu barəsində heç bir məcburi icra tədbirləri tətbiq olunmamasını xahiş etmişdir. - tələbkar X3 22 yanvar 2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, Şəxs yığılmış 16400 manat məbləğində aliment borcu vardır. Hal-hazırda maddi vəziyyəti pis olduğundan onun pula ehtiyacı vardır və həmin borcun alınaraq ona verilməsini xahiş etmişdir. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs ünvanlanmış 12 fevral 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən qəbul edilmiş borclunun axtarışı haqqında 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, xx xxxxx 1989-cu il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. - Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, əmək müqaviləsi, pensiya, sosial ödəniş məlumatları yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq araşdırılmış sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün kifayət deyildir və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətanı törətməsi onun özünün, yekun nəticəyə gəlməyə imkan verən icra məmurunun və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, inzibati işin materiallarında və iş üçün mühüm əhəmiyyət kəsb edən 337282/2017-62-4 nömrəli icra işində olan digər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası İXM-nin 8ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmir. Odur ki, Şəxs həmin maddə ilə inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), 75.0.7-ci maddəsinə əsasən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3-cü maddəsinin tələbinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Məhkəmə inzibati xəta haqqında materiala baxılması ilə bağlı aşağıdakıları qeyd edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanunda məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmçinin qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Masallı Rayon Məhkəməsinin 2(050)-2966/2017 nömrəli, 28 noyabr 2017-ci il tarixli icra vərəqəsi əsasında 30 noyabr 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunduqdan və könüllü icra barədə bildiriş təqdim olunduqdan sonra tələbkar X7 20 dekabr 2017-ci il tarixdə ərizə ilə müraciət edərək borclu Şəxs 1000 manat məbləğində aliment pulunu qəbul etdiyini, borclu Şəxs noyabr ayı daxil olmaqla dekabradək (2017) aliment borcu olmadığını qeyd etmişdir. Ondan sonra icra məmuru tərəfindən 05 dekabr 2024-cü il tarixədək heç bir icra tədbirləri həyata keçirilməmiş, tələbkar icra sənədinin icra olunmaması ilə bağlı həmin vaxtadək icra şöbəsinə müraciət etməmiş, borclu Şəxs qeyd olunan tarixədək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı hallar olmamaqla yanaşı, bununla bağlı müvafiq sübutlar təqdim olunmamışdır. Eyni zamanda bu hal məhkəmə araşdırması zamanı da, icra məmurunun və zərərçəkmiş şəxsin izahatları ilə öz təsdiqini tapmamışdır. 05 dekabr 2024-cü il tarixdə tələbkarın ərizəsinə əsasən icra tədbirləri həyata keçirilmişdir. İcra tədbirləri zamanı tələbkar 28 dekabr 2024cü il tarixli ərizə ilə müraciət edərək tələbkarla borclunun hər ay davamlı şəkildə 400 manat alimenti 28 dekabr 2024-cü il tarixdən hər ayın 28-i onun kart hesabına ödənilməsi ilə bağlı aralarında razılaşmaya gəldiklərini bildirmişdir. Həmin razılaşmaya əsasən borclu 28 dekabr 2024-cü il tarixdə və 28 yanvar 2025-ci il tarixdə ödəməli olduğu 400 manat alimenti ödəmişdir. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, borcundan tələbkarla aralarında olan razılığa əsasən hər ay aliment borcu və əvvəlki borc daxil olmaqla 400 manat aliment ödəyir. Bundan başqa icra məmuru tərəfindən tələbkarın adında avtomobil nəqliyyatı ilə bağlı DİN-ə sorğu ünvanlansa da, mülkiyyətində daşınmaz əmlak olub-olmaması ilə bağlı ərazi idarəsinə sorğu göndərilərək cavab alınmamışdır. Eyni zamanda iş materiallarında görünür ki, Masallı rayon İcra şöbəsinin icra məmuru tərəfindən borclunun evində tələbin yönəldilə biləcəyi əmlakın müəyyən olunması üçün onun yaşadığı evə baxış keçirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-466/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-466/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver