Məhkəmə qərarları › İş №3(050)-467/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-467/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-467/2023 27.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Masallı rayonu Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 22 fevral 2023-cü il tarixdə saat Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu taxta metrə ilə döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, baldızı Elnarə bazarda pərdə sadılan mağazada işləyir. Bir gün öncə axşam vaxtı Elnarənin əri Aqil onlara gələrək qaynanası Ceyranla danışaraq 4 gündürki arvadı Elnarənin evə gəlmədiyini bildirmiş, qaynanasıda Elnarənin harada olduğunu soruşduğu zaman X1 adlı iş yoldaşının evində qaldığını demişdir. Qaynanası da qızına zəng vurmuş qızıda Nəfəs gildə olduğunu təsdiq etmişdir. Qaynanasıda növbəti gün Elnarənin işlədiyi yerə gedəcəyini demişdir. Qaynanası yaşlı olduğundan və yeriməkdə çətinlik çəkdiyindən oda qaynanasının əlindən tutaraq onunla birlikdə getmişdir. Mağazaya çadıqları zaman qaynanası Ceyran qızı Elnarəyə evindən getdiyinə görə iradını bildirdi və hətta qızına bir sillə vurmaq istədiyi zaman Nəfəs xanım qaynanası Ceyrana tərəf gələrək nəyə görə Elnarəni vurmaq istədiyini demiş, qaynanasıda cavabında Elnarənin onun qızı olduğunu, nəyə görə qızını evində saxladığını və qızının evdən getməsinə görə qızını tənbeh etdiyini Nəfəsə bildirmişdir. Bu zaman Nəfəslə qaynanası arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Nəfəsin qaynanasının üzərinə hücum çəkdiyini görmüş və bunun qarşısını almaq üçün Nəfəslə qaynanasının arasına girmişdir. Lakin o, Nəfəsin üzərinə hücum çəkməmiş, onu taxta mütrə ilə vurmamışdır. Qeyd edilənlər ona qarşı şər və böhtan atır. Odur ki, məhkəmədən qanuni və ədalətli qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Təzə Bazar adlanan bazarda yerləşən pərdə şatışı mağazasında işləyir. Elnarə Düniyevada onunla birlikdə həmin mağazada işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Elnarə Düniyeva ona zəng vuraraq həyat yoldaşının onu döydüyünü bildirərək onun yaşadığı evinə gəlmək istədiyini bildirmişdir. Oda Elnarəyə etiraz etməmiş və evinə gələ biləcəyini bildirmişdir. Elnarə onun yaşadığı evə gəlmişdir. O, Elnarə ilə söhbət edərək etdiyi hərəkətlərin yanlış olduğunu demişdir. Daha sonra o, Elnarənin həyat yoldaşı Aqil Düniyevə zəng edərək öz evinə çağıraraq yoldaşı ilə barışdırmış və taksi çağıraraq öz evlərimə geri yol salmışdır. xx.xx.2023-cü il tarixdə onun işlədiyi yerə Elnarənin anası Baxışova Ceyran və Elnarənin qardaşının yoldaşı Xədicə adlı qadınlar gəmişdir. Ceyran Elnarəyə niyə axşam onun evinə getdiyini bildirmişdi. Bundan sonra Ceyran qızı Elnarənin üzərinə hücum çəkmiş və Elnarəni vurmaq istəmişdir. O, bu zaman Ceyranın Elnarəni vurmasının qarşısını almaq üçün onların arasına girmişdir. Həmin vaxt Xədicə adlı qadın iş yerində olan taxta metrəni götürərək onun sağ qol nahiyəsinə 2 dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Ceyran və Xədicə adlı qadınlar onu və Elnarəni nalayiq ifadələrlə təhqir edərək oradan uzaqlaşdılar. Hazırda Xədicə ilə barışmadığı üçün ona qanuna müvafiq qaydada cəza verilməsini xahiş edir. İşə əlavə edilmiş MTE və PAB-nin Masallı rayon şöbəsinin 23 fevral 2023-cü il tarixli, 159 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ saidin və sağ bazu nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 11 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar