Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-468/2023 27.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə polis rəisi, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Lürən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Lürən kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 12 fevral 2023-cü il tarixdə Masallı şəhəri, Digah küçəsində əvvəllər tanıdığı X1 idarə etdiyi avtomobili rəngləmək adı ilə aldadaraq 400 manat pulunu ələ keçirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə 27 mart 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu tərtib etmiş Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs 12 fevral 2023-cü il tarixdə Masallı şəhəri, Digah küçəsində əvvəllər tanıdığı X1 idarə etdiyi avtomobili rəngləmək adı ilə aldadaraq 400 manat pulunu ələ keçirmişdir. Göstərilən səbəbdən onun barəsində inzibati tədbir görülməsi üçün protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, uzun müddətdir ki, Masallı şəhəri, Seybətin küçəsində icarəyə götürdüyü təmir sexində rəngsazlıq fəaliyyəti ilə məşğul olmuş, son zamanlar icarə haqqını ödəyə bilməməsi səbəbindən sexdən çıxmışdır. Etibar Abdullayevə avtomobilini rəngləmək məqsədi ilə 400 manat pul almış, Etibara avtomobilini evinin həyətində rəngləyə biləcəyini demişdir. X2 400 manat pulunu geri qaytarmasını tələb etmiş, maddi imkanı olmadığından pulu geri qaytara bilmədiyindən onun barəsində şikayət etmişdir. Zərərin ödənilməsinə imkanı yoxdur. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, məhkəmə iclasına gəlməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati xəta törətmiş şəxsin inzibati qaydada məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı RPŞ-yə göndərilmişdir. Şəxs təqsiri 27 mart 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokol, onun etirafedici izahatı, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-468/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-468/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver