Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-47/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirqət oğlunun iştirakı ilə, xx.xx.1995-ci ildə Masallı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, Masallı rayonu Təklə kəndində qeydiyyatda olan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirqət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Mirqət oğlunun xx.xx.2022-ci tarixdə Masallı rayonu, Təklə kəndində satılması qadağan olunmuş pirotexniki vasitələrin satışını həyata keçirməsi müəyyən olunmuşdur. Şəxs Mirqət oğlu bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası 29 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirqət oğlu məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Masallı rayonu, Təklə kəndində yerləşən dükanda pirotexniki və tez alışan maddələrin satışını həyata keçirmiş, polis əməkdaşları 33 qutu götürüb 31 qutunun şəkilini çəkiblər. Həmin əşyaların satışının həyata keçirilməsinin inzibati xətaya səbəb olması barədə ona xəbərdarlıq edilməyib. Vətən Müharibəsinin iştirakçısıdır. Sonda A.M.Abaslı göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mirqət oğlunun xx.xx.2022-ci tarixdə Masallı rayonu, Təklə kəndində satılması qadağan olunmuş pirotexniki vasitələrin satışını həyata keçirməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirqət oğlunun təqsiri özünün etrafı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Mirqət oğlu İXM-in 442-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hal onun 2 azyaşlı övladının və Vətən Müharibəsinin iştirakçısı olmasıdır.; məsuliyyətini yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. İXM-nin 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Odur ki, Şəxs Mirqət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülüş pirotexniki vasitələr müsadirə olunmaqla 350 (üç yüz əlli) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Mirqət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülüş pirotexniki vasitələr müsadirə olunmaqla 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-47/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-47/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver