Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-474/2023 26.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında 13 mart 2023-cü il tarixli, EP № ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC (VÖEN **********) Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-730/2023 saylı məktubu ilə tələb edilən sənədləri (ASC-nin 2019-cü ildən 2022-ci ilədək illik hesabatları, səhmdarın reystri, həmin ilin yekunlarına görə keçirilən səhmlərin ümumi yığıncaqlarının protokolları, aidiyyətı şəxslərlə bağlanılan əqdlər və xüsusi əhəmiyyətli əqdlərin əlavələri) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Bu əməlinə görə "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında işitirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 13 mart 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC (VÖEN **********) Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-730/2023 saylı məktubu ilə tələb edilən sənədləri (ASC-nin 2019-cü ildən 2022-ci ilədək illik hesabatları, səhmdarın reystri, həmin ilin yekunlarına görə keçirilən səhmlərin ümumi yığıncaqlarının protokolları, aidiyyatı şəxslərlə bağlanılan əqdlər və xüsusi əhəmiyyətli əqdlərin əlavələri) göstərilmiş müddət ərzində Mərkəzi bankına təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Bununla da, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron baza məlumatlarından çıxarışdan görünür ki, kommersiya qurumu olan "xxxx" ASC-nin (VÖEN **********) qanuni təmsilçisi X1r. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanladığı 15 fevral 2023-cu il tarixli 6-1-26/2-730/2023 saylı məktubdan görünür ki, müvafiq sübutlar Mərkəzi Banka təqdim etmədiyi halda barəsində Azərbaycan Respublikasının İXM 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş fəaliyyət dövrü haqqında arayışdan görünür ki, "xxxx" ASC sahibkarlıq fəaliyyəti xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır. Hal-hazırda fəaliyyət dayandırılmış vəziyyətdədir. "xxxx" ASC-nin 23 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciətindən görünür ki, ASC-nin hesabat cədvəli Mərəzi banka göndərilmiş və orada "xxxx" ASC-nin tam fəaliyyətsiz olması barədə məlumat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə inzibati məsuliyyət yaranır. Lakin inzibati materialdan məlum olur ki, hüquqi şəxs "xxxx" ASC-nin inzibati pozuntunu sübut edən kifayət qədər əsaslar yoxdur. Belə ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş fəaliyyət dövrü haqqında arayışdan görünür ki, vergi ödəyicilərinin dövlət reystrində olan məlumatlarına əsasən "xxxx" ASC-nin sahibkarlıq fəaliyyəti xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək dayandırılmışdır. Hal-hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə məhkəmə inzibati materialı tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli şəxsləri tərəfindən hüquqi şəxs "xxxx" ASC barəsində İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Şirvan Apellaysiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya bilavasitə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-474/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-474/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver